SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyasının 70 faizi razılaşdırılıb

© State Border Service of Azerbaijan Republic“Keşikçidağ”da "Keşikçi qala” sərhəd zastavası kompleksi istifa­dəyə verilib
“Keşikçidağ”da Keşikçi qala” sərhəd zastavası kompleksi istifa­dəyə verilib - Sputnik Azərbaycan, 1920, 29.12.2023
Abunə olmaq
Samxaradze bildirib ki, 100 faiz razılaşana qədər heç bir delimitasiya müqaviləsi imzalanmayacaq.
BAKI, 29 dekabr - Sputnik. Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası işlərinin 70 faizi artıq razılaşdırılıb.
Bunu Gürcüstan parlamentinin Xarici Əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Gürcüstanın Azərbaycan və Ermənistandakı səfirlərinin iştirakı ilə keçirilən komitə dinləməsindən sonra jurnalistlərə açıqlamasında deyib.
“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyasına gəlincə, sərhədin təxminən 70 faizi razılaşdırılıb. Qalan 30 faizin razılaşdırılması üzərində iş gedir. Ancaq delimitasiya prosesi belədir ki, 100 faiz razılaşana qədər heç bir delimitasiya müqaviləsi imzalanmır. Müvafiq olaraq bizdə inkişaf var və yavaş-yavaş irəliləyirik. Bu prosesin nə vaxt başa çatacağını deyə bilmərəm, baxmayaraq ki, bizim dost və strateji tərəfdaşımız olan Azərbaycanla bu gün qurduğumuz əlaqələrə əsaslanaraq müsbət gözləntilərimiz var” - Nikoloz Samxaradze deyib.
Xəbər lenti
0