https://sputnik.az/20231229/fransa-sulhun-elde-olunmasi-perspektivlerini-sarsidir---elcin-emirbeyov-461657366.html
Fransa sülhün əldə olunması perspektivlərini sarsıdır - Elçin Əmirbəyov
Fransa sülhün əldə olunması perspektivlərini sarsıdır - Elçin Əmirbəyov
Sputnik Azərbaycan
Fransanın anti-Azərbaycan təşəbbüslərini irəli sürmək cəhdləri Bakının Aİ-yə inamına ciddi zərbə vurub. 29.12.2023, Sputnik Azərbaycan
2023-12-29T11:46+0400
2023-12-29T11:46+0400
2023-12-29T12:04+0400
elçin əmirbəyov
azərbaycan xəbərləri
fransa
bmt təhlükəsizlik şurası
cənubi qafqaz
avropa ittifaqı
ai
ai
https://cdnn1.img.sputnik.az/img/07e7/03/15/452923086_0:0:924:520_1920x0_80_0_0_f0a8e73232251ff7ed71a32ef64258af.jpg
BAKI, 29 dekabr — Sputnik. Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsinə dair məqalənin dərc edildiyi Fransanın "Le Monde" nəşrinə müsahibəsində deyib. O qeyd edib ki, ikitərəfli münasibətlərdə müşahidə olunan gərginləşmənin səbəbi Fransanın Ermənistan-Azərbaycan qarşıdurması məsələsində tutduğu tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqedir: "Artıq uzun müddətdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi və son zamanlar hərbi dəstək verən Fransa öz zərərli addımları ilə Bakı ilə İrəvan arasında sülhün əldə olunması perspektivlərini sarsıdır". "BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı (Aİ) və onun qurumları kimi müxtəlif beynəlxalq platformalarda açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini irəli sürmək cəhdləri təkcə Fransanın mümkün vasitəçi kimi onsuz da şübhəli olan nüfuzunu tamamilə sarsıtmayıb, həm də Bakının Fransanın aparıcı ölkələrdən biri olduğu Aİ-yə inamına ciddi zərbə vurub", - o vurğulayıb. E.Əmirbəyovun sözlərinə görə, Parisin İrəvana ölümcül silahlar tədarükü Cənubi Qafqaz regionunda təhlükəsizliyi, sabitliyi pozur, onu yeni hərbi münaqişələrə, mənasız silahlanma yarışına sövq edir və Ermənistanla Azərbaycan arasında sülhə nail olunması perspektivlərini süni surətdə ləngidir: "Aydındır ki, Fransa tarixi ədaləti bərpa edən, Qarabağ və onun digər rayonlarını Ermənistanın 30 illik işğalından azad edən Azərbaycanın qələbəsini həzm edə bilmir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/15/452923086_0:0:840:630_1920x0_80_0_0_4f3d671ead80f83ffbc971dad152a562.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elçin əmirbəyov, fransa, bmt təhlükəsizlik şurası, cənubi qafqaz, avropa ittifaqı, ai, ai
elçin əmirbəyov, fransa, bmt təhlükəsizlik şurası, cənubi qafqaz, avropa ittifaqı, ai, ai
Fransa sülhün əldə olunması perspektivlərini sarsıdır - Elçin Əmirbəyov
11:46 29.12.2023 (Yenilənib: 12:04 29.12.2023) Fransanın anti-Azərbaycan təşəbbüslərini irəli sürmək cəhdləri Bakının Aİ-yə inamına ciddi zərbə vurub.
BAKI, 29 dekabr — Sputnik. Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir.
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsinə dair məqalənin dərc edildiyi Fransanın "Le Monde" nəşrinə müsahibəsində deyib.
O qeyd edib ki, ikitərəfli münasibətlərdə müşahidə olunan gərginləşmənin səbəbi Fransanın Ermənistan-Azərbaycan qarşıdurması məsələsində tutduğu tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqedir: "Artıq uzun müddətdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi və son zamanlar hərbi dəstək verən Fransa öz zərərli addımları ilə Bakı ilə İrəvan arasında sülhün əldə olunması perspektivlərini sarsıdır".
"BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı (Aİ) və onun qurumları kimi müxtəlif beynəlxalq platformalarda açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini irəli sürmək cəhdləri təkcə Fransanın mümkün vasitəçi kimi onsuz da şübhəli olan nüfuzunu tamamilə sarsıtmayıb, həm də Bakının Fransanın aparıcı ölkələrdən biri olduğu Aİ-yə inamına ciddi zərbə vurub", - o vurğulayıb.
E.Əmirbəyovun sözlərinə görə, Parisin İrəvana ölümcül silahlar tədarükü Cənubi Qafqaz regionunda təhlükəsizliyi, sabitliyi pozur, onu yeni hərbi münaqişələrə, mənasız silahlanma yarışına sövq edir və Ermənistanla Azərbaycan arasında sülhə nail olunması perspektivlərini süni surətdə ləngidir: "Aydındır ki, Fransa tarixi ədaləti bərpa edən, Qarabağ və onun digər rayonlarını Ermənistanın 30 illik işğalından azad edən Azərbaycanın qələbəsini həzm edə bilmir".