CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dekabrın 29-da hansı əlamətdar hadisələr baş verib

© Sputnik / Elnur Salayev29 dekabr
29 dekabr - Sputnik Azərbaycan, 1920, 29.12.2023
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 29 dekabr — Sputnik. Dekabrın 29-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Dekabrın 29-da kimlər anadan olub?
Əzizə Cəfərzadə (1921-2003) - yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycanın xalq yazıçısıdır.
© Photo : AZƏRTACƏzizə Cəfərzadə, arxiv şəkli
Əzizə Cəfərzadə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.12.2023
Əzizə Cəfərzadə, arxiv şəkli
Madam de Pompadur (1721-1764) - ədəbi salonun sahibəsidir. O, iyirmi il ərzində dövlət işlərinə böyük təsir göstərən, elm və incəsənətə himayədarlıq edən Fransa kralı XV Lüdovikin rəsmi sevimlisi (1745-ci ildən) olub.
Çarlz Makintoş (1766-1843) - Şotlandiya kimyaçısı və ixtiraçısıdır. O, suya davamlı parça icad etməklə "Makintoş" plaşın hazırlanması ilə tanınır.
Çarlz Qudir (1800-1860) - kauçuk vulkanizasiyasını ilk dəfə patentləşdirən amerikalı ixtiraçıdır (1844).
Con Voyt (1938) - amerikalı aktyor, "Oskar", "Qızıl Qlobus" və "BAFTA" mükafatları laureatıdır. Onun iştirakı ilə çəkilən ən məşhur filmlər: "Gecəyarısı kovboyu", "Döyüş", "Yerinə yetirilməyən missiya", "Anakonda".
Cud Lou (1972) – İngiltərənin teatr və kino aktyorudur. O, "İstedadlı mister Ripli", "Soyuq dağ", "Yaxınlıq" və s. filmlərdə rol alıb.
© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidCud Lou
76-й Венецианский кинофестиваль. День пятый - Sputnik Azərbaycan, 1920, 28.12.2023
Cud Lou
Dekabrın 29-da dünyada baş verən tarixi hadisələr
1708-ci ildə I Pyotrun sərəncamı ilə Rusiya ərazisi səkkiz quberniyaya bölünüb.
1768-ci ildə Rusiya İmperatriçası II Yekaterina kağız əskinaslarını tətbiq edib.
1998-ci ildə Azərbaycan Milli Məclisi (parlamenti) Naxçıvan Muxtar Respublikasının yeni konstitusiyasını təsdiq edib.
1998-ci ildə Bakının dənizkənarı bulvarı milli park statusu alıb.
© Sputnik / Murad OrujovBakının dənizkənarı, arxiv
Люди на Бакинском приморском парке - Sputnik Azərbaycan, 1920, 28.12.2023
Bakının dənizkənarı, arxiv
1999-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında sərəncam imzalayıb.
2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.
2012-ci ildə Azərbaycanda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və 1 nömrəli "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, düzgünlük və rahatlıq prinsiplərinə əsaslanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0