https://sputnik.az/20231229/azerbaycan-ve-gurcustan-arasinda-kesikcidag-problemi-cozulmek-uzredir-461671993.html
Azərbaycan və Gürcüstan arasında “Keşikçidağ” problemi çözülmək üzrədir
Azərbaycan və Gürcüstan arasında “Keşikçidağ” problemi çözülmək üzrədir
Sputnik Azərbaycan
Gürcü səfir deyib ki, Keşikçidağı Azərbaycanla razılaşdırıblar
2023-12-29T21:23+0400
2023-12-29T21:23+0400
2023-12-29T21:23+0400
siyasət
gürcüstan
səfir
keşikçi qalası
"keşikçidağ"
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/17/427289798_0:160:3073:1888_1920x0_80_0_0_afe925c6388dfbca127d3d81ee0ac722.jpg
BAKI, 29 dekabr - Sputnik. Azərbaycan və Gürcüstan arasında “Keşikçidağ” məsələsi ilə bağlı müsbət irəliləyiş əldə olunub.Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Gürcüstan parlamentinin Xarici Əlaqələr komitəsində keçirilən dinləmədən sonra jurnalistlərə açıqlamasında deyib.O, bu məsələnin mütləq strateji tərəfdaşlıq və dostluğa uyğun şəkildə həll ediləcəyini vurğulayıb.Zurab Pataradze qeyd edib ki, iki ölkənin sərhəd komissiyaları məsələ üzərində işləyirlər və komissiyanın sessiyası pandemiyadan əvvəl keçirilib.“Bu, mütləq davam edəcək. Mən sizi əmin edirəm ki, bu məsələ iki dost və strateji tərəfdaş ölkəyə yaraşan bir şəkildə həllini tapacaq. Müsbət bir məqam var ki, indi bu barədə danışa bilmərəm. David Qareci (Keşikçidağ-red.) məsələsi mütləq strateji tərəfdaşlara və dostlara uyğun şəkildə həll olunacaq. Gəlin hadisələri qabaqlamayaq”, - diplomat deyib.Səfir onu da qeyd edib ki, gələn ilin yazında Bakıda Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.Onun sözlərinə görə, hazırda Azərbaycan və Gürcüstan liderləri arasında çox yaxşı kommunikasiya var. O, Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin qarşılıqlı rəsmi səfərlər etdiyini xatırladıb. Əlavə edib ki, iki ölkə arasında keçirilməsi planlaşdırılan bir sıra tədbirlər də var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/17/427289798_170:0:2901:2048_1920x0_80_0_0_7abbc996a487dcec9e134cdaa4307303.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gürcü səfir keçikçidağ
Azərbaycan və Gürcüstan arasında “Keşikçidağ” problemi çözülmək üzrədir
Gürcü səfir qeyd edib ki, David Qareci (Keşikçidağ-red.) məsələsi mütləq strateji tərəfdaşlara və dostlara uyğun şəkildə həll olunacaq.
BAKI, 29 dekabr - Sputnik. Azərbaycan və Gürcüstan arasında “Keşikçidağ” məsələsi ilə bağlı müsbət irəliləyiş əldə olunub.
Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Gürcüstan parlamentinin Xarici Əlaqələr komitəsində keçirilən dinləmədən sonra jurnalistlərə açıqlamasında deyib.
O, bu məsələnin mütləq strateji tərəfdaşlıq və dostluğa uyğun şəkildə həll ediləcəyini vurğulayıb.
Zurab Pataradze qeyd edib ki, iki ölkənin sərhəd komissiyaları məsələ üzərində işləyirlər və komissiyanın sessiyası pandemiyadan əvvəl keçirilib.
“Bu, mütləq davam edəcək. Mən sizi əmin edirəm ki, bu məsələ iki dost və strateji tərəfdaş ölkəyə yaraşan bir şəkildə həllini tapacaq. Müsbət bir məqam var ki, indi bu barədə danışa bilmərəm. David Qareci (Keşikçidağ-red.) məsələsi mütləq strateji tərəfdaşlara və dostlara uyğun şəkildə həll olunacaq. Gəlin hadisələri qabaqlamayaq”, - diplomat deyib.
Səfir onu da qeyd edib ki, gələn ilin yazında Bakıda Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.
Onun sözlərinə görə, hazırda Azərbaycan və Gürcüstan liderləri arasında çox yaxşı kommunikasiya var. O, Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin qarşılıqlı rəsmi səfərlər etdiyini xatırladıb. Əlavə edib ki, iki ölkə arasında keçirilməsi planlaşdırılan bir sıra tədbirlər də var.