https://sputnik.az/20231228/turkiyede-zelzele-olub-461641764.html
Türkiyədə zəlzələ olub
Türkiyədə zəlzələ olub
Sputnik Azərbaycan
Yeraltı təkanın ocağı 17,3 kilometr dərinlikdə yerləşib. AFAD-a itki və dağıntılar barədə məlumat daxil olmayıb. 28.12.2023, Sputnik Azərbaycan
2023-12-28T14:41+0400
2023-12-28T14:41+0400
2023-12-28T14:41+0400
dünya xəbərləri
zəlzələ
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461268226_0:0:3642:2048_1920x0_80_0_0_65345f372774c7692311782e85341516.jpg
BAKI, 28 dekabr — Sputnik. Türkiyənin Malatya bölgəsinin Yeşilyurt şəhərində 4,6 maqnitudalı zəlzələ baş verib. Bu barədə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ ocağı 17,3 kilometr dərinlikdə yerləşib. AFAD-a itki və dağıntılar barədə məlumat daxil olmayıb. Ərdoğan: "İstanbulda 1,5 milyon evin sakini köçürüləcək" Xatırladaq ki, Türkiyə hökuməti təmir proqramı çərçivəsində 5 il ərzində İstanbulda 1,5 milyon evin sakinlərini köçürməyi planlaşdırır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 milyonluq meqapolisin mənzil fondunun yenilənməsi üzrə "Yol xəritəsi"nin təqdimatında deyib. Qeyd edilib ki, prioritet olaraq 600 min zəlzələyə davamlı ev tikiləcək:"İstanbulda təqribən 7,5 milyon bina var, o cümlədən 6 milyon yaşayış binası, bunlardan 600 mini prioritet olaraq təmir edilməlidir. Məqsədimiz beş il ərzində yaşayış üçün təhlükəli sayılan 1,5 milyon evin sakinlərini köçürməkdir". Qeyd edək ki, seysmoloqlar İstanbul ərazisində 7 və daha yüksək bal gücündə zəlzələ ola biləcəyi ilə bağlı daim xəbərdarlıq edirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461268226_410:0:3141:2048_1920x0_80_0_0_521d27ff9c99f76b6e34003b4df0c7a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, türkiyə
Türkiyədə zəlzələ olub
Yeraltı təkanın ocağı 17,3 kilometr dərinlikdə yerləşib. AFAD-a itki və dağıntılar barədə məlumat daxil olmayıb.
BAKI, 28 dekabr — Sputnik. Türkiyənin Malatya bölgəsinin Yeşilyurt şəhərində 4,6 maqnitudalı zəlzələ baş verib. Bu barədə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ ocağı 17,3 kilometr dərinlikdə yerləşib. AFAD-a itki və dağıntılar barədə məlumat daxil olmayıb.
Ərdoğan: "İstanbulda 1,5 milyon evin sakini köçürüləcək"
Xatırladaq ki, Türkiyə hökuməti təmir proqramı çərçivəsində 5 il ərzində İstanbulda 1,5 milyon evin sakinlərini köçürməyi planlaşdırır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 milyonluq meqapolisin mənzil fondunun yenilənməsi üzrə "Yol xəritəsi"nin təqdimatında deyib.
Qeyd edilib ki, prioritet olaraq 600 min zəlzələyə davamlı ev tikiləcək:
"İstanbulda təqribən 7,5 milyon bina var, o cümlədən 6 milyon yaşayış binası, bunlardan 600 mini prioritet olaraq təmir edilməlidir. Məqsədimiz beş il ərzində yaşayış üçün təhlükəli sayılan 1,5 milyon evin sakinlərini köçürməkdir".
Qeyd edək ki, seysmoloqlar İstanbul ərazisində 7 və daha yüksək bal gücündə zəlzələ ola biləcəyi ilə bağlı daim xəbərdarlıq edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.