https://sputnik.az/20231228/mikayil-musfiqin-xatire-muzeyine-geden-korpu-ucub-binaya-ziyan-deymeyib-461639833.html
Mikayıl Müşfiqin Xatirə Muzeyinə gedən körpü uçub, binaya ziyan dəyməyib
Mikayıl Müşfiqin Xatirə Muzeyinə gedən körpü uçub, binaya ziyan dəyməyib
Sputnik Azərbaycan
Xızı rayonunun Sayadlar kəndində fəaliyyət göstərən Mikayıl Müşfiqin Xatirə Muzeyinə gediş-gəlişi təmin edən körpü təbii fəlakət nəticəsində yararsız hala... 28.12.2023, Sputnik Azərbaycan
2023-12-28T14:31+0400
2023-12-28T14:31+0400
2023-12-28T14:31+0400
mikayıl müşfiq
cəmiyyət
yol
muzey
xızı
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1c/461639667_0:101:1080:709_1920x0_80_0_0_49340e5ea500e7a3dcecbd0a90ca5819.jpg
BAKI, 28 dekabr — Sputnik. Xızı rayonunda görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Xatirə Muzeyinə gedən körpü uçub. Sözügedən məsələ ilə əlaqədər Mədəniyyət Nazirliyindən APA-ya bildirilib ki, Xızı rayonunun Sayadlar kəndində fəaliyyət göstərən Mikayıl Müşfiqin Xatirə Muzeyinə gediş-gəlişi təmin edən körpü təbii fəlakət nəticəsində yararsız hala düşüb. Nazirlik yol infrastrukturunun bərpası ilə bağlı müvafiq qurumlar tərəfindən zəruri tədbirlərin görüldüyünü də əlavə edib. Mikayıl Müşfiq Xatırladaq ki, Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Atası "Səadət" məktəbində müəllimlik edib, şeirlər yazıb. Müslüm Maqomayevin "Şah İsmayıl" operasına librettonun da müəllifi odur. Erkən yaşlarından valideynlərini itirən Mikayıl qohumlarının himayəsində böyüyüb. Bakıda müəllimlər seminariyasında və Ali Pedaqoji İnstitutda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsil alıb, məktəbdə ədəbiyyat fənnindən dərs deyib. Hələ məktəb yaşlarından Mikayıl ədəbiyyatla maraqlanıb, "Bu gün" adlı ilk şeirini 1926-cı ildə yazıb və tezliklə tanınmış şairlərindən birinə çevrilib. 1930-1935-ci illərdə M.Müşfiqin 10 şeir kitabı nəşr edilib. M.Müşfiqin uşaqlar üçün yazdığı "Coğrafiya", "Məktəbli şərqisi", "Zəhra üçün", "Qaya" şeirləri də maraqlıdır. Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək ("Çoban", "Mənim dostum", "Qaya", "Sındırılan saz", "Səhər", "Azadlıq dastanı") lirik növün əksər janrları daxildir. Şair bu əsərlərdə həyati lövhələrini, insanların mənəvi aləmini inandırıcı şəkildə açıb. M.Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin "Qaraçılar" (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun "Demon" poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın "Huşsuza bax, huşsuza" şeirini, T.Şevçenkonun, Ömər Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin "Şərq poeması"nı dilimizə çevirib...Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1c/461639667_0:0:1080:810_1920x0_80_0_0_a5c7e9541530317071b314acce61e7eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mikayıl müşfiq, yol, muzey, xızı
mikayıl müşfiq, yol, muzey, xızı
Mikayıl Müşfiqin Xatirə Muzeyinə gedən körpü uçub, binaya ziyan dəyməyib
Xızı rayonunun Sayadlar kəndində fəaliyyət göstərən Mikayıl Müşfiqin Xatirə Muzeyinə gediş-gəlişi təmin edən körpü təbii fəlakət nəticəsində yararsız hala düşüb.
BAKI, 28 dekabr — Sputnik. Xızı rayonunda görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Xatirə Muzeyinə gedən körpü uçub.
Sözügedən məsələ ilə əlaqədər Mədəniyyət Nazirliyindən APA-ya bildirilib ki, Xızı rayonunun Sayadlar kəndində fəaliyyət göstərən Mikayıl Müşfiqin Xatirə Muzeyinə gediş-gəlişi təmin edən körpü təbii fəlakət nəticəsində yararsız hala düşüb.
"Bu hadisə mədəniyyət müəssisəsinin binasına ziyan vurmayıb", - qeyd olunub.
Nazirlik yol infrastrukturunun bərpası ilə bağlı müvafiq qurumlar tərəfindən zəruri tədbirlərin görüldüyünü də əlavə edib.
Xatırladaq ki, Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Atası "Səadət" məktəbində müəllimlik edib, şeirlər yazıb. Müslüm Maqomayevin "Şah İsmayıl" operasına librettonun da müəllifi odur.
Erkən yaşlarından valideynlərini itirən Mikayıl qohumlarının himayəsində böyüyüb. Bakıda müəllimlər seminariyasında və Ali Pedaqoji İnstitutda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsil alıb, məktəbdə ədəbiyyat fənnindən dərs deyib. Hələ məktəb yaşlarından Mikayıl ədəbiyyatla maraqlanıb, "Bu gün" adlı ilk şeirini 1926-cı ildə yazıb və tezliklə tanınmış şairlərindən birinə çevrilib. 1930-1935-ci illərdə M.Müşfiqin 10 şeir kitabı nəşr edilib.
M.Müşfiqin uşaqlar üçün yazdığı "Coğrafiya", "Məktəbli şərqisi", "Zəhra üçün", "Qaya" şeirləri də maraqlıdır. Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək ("Çoban", "Mənim dostum", "Qaya", "Sındırılan saz", "Səhər", "Azadlıq dastanı") lirik növün əksər janrları daxildir. Şair bu əsərlərdə həyati lövhələrini, insanların mənəvi aləmini inandırıcı şəkildə açıb.
M.Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin "Qaraçılar" (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun "Demon" poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın "Huşsuza bax, huşsuza" şeirini, T.Şevçenkonun, Ömər Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin "Şərq poeması"nı dilimizə çevirib...
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.