Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Hədiyyə vermək vaxtıdır: uşaq evinin sakinləri ekskursiyada

Abunə olmaq
Sputnik Azərbaycan BİA Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə birlikdə dünyanın ilk "Suraxanı" tanker-muzeyində uşaqlara ekskursiya təşkil edib. Ekskursiyanın necə baş tutduğu barədə daha ətraflı videomuzda.
Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi (BİA) çoxdan gözlənilən bayramlardan biri olan Yeni il ərəfəsində uşaqlara, xüsusilə də qayğıya və pozitiv əhvala ehtiyacı olan uşaqlara əsl sevinc bəxş edib. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə birlikdə Bakının Nizami rayonundakı 1 saylı uşaq evinin sakinləri üçün "Suraxanı" tanker-muzeyində ekskursiya təşkil etməyə nail olduq.
Muzeyə daxil olan uşaqlar innovativ muzey texnologiyaları sayəsində dərhal özlərini tarixlə müasirlik arasında olan körpünün üzərində hiss ediblər. Uşaqların hər bir gəmini maraqla izləyib, oyunlar oynayıb, Bakıda neft sənayesinin tarixi ilə bağlı çoxlu suallar veriblər.
"Suraxanı" tanker-muzeyinin direktoru Tural İbrahimov muzeydən və burada həyata keçirilən layihələrdən danışıb.
"Birinci və ikinci Qarabağ müharibəsinin şəhid ailələri, veteranları və veteran dənizçilər üçün muzeyə giriş pulsuzdur. Eyni zamanda, əhalinin həssas qruplarını da diqqətdən kənarda qoymuruq, xüsusən də uşaq evlərindən və sığınacaqlardan olan sakinlər üçün çoxlu ekskursiyalar təşkil edirik", - deyə İbrahimov bildirib.
Uşaqlar ekskursiyadan böyük təəssüratla ayrılıblar. Onlar muzeyi heç tərk etmək istəməyiblər və sonda burada hətta rəqs etmək qərarına da gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0