CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güclü külək bəzi təhsil müəssisələrinə ziyan vurub- Rəsmi açıqlama

© iStock.com / skynesherMəktəb boş dərs otağı, arxiv şəkli
Məktəb boş dərs otağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.12.2023
Abunə olmaq
Balakən rayon Qabaqçöl qəsəbə tam orta məktəbin idman zalının isə pəncərəsi sınıb.
BAKI, 28 dekabr — Sputnik. Dekabrın 24-dən başlayan güclü külək nəticəsində şimal-qərb zonasının bəzi təhsil müəssisələrinə müəyyən dərəcədə ziyan dəyib.
Bu barədə Sputnik Azərbaycan-a Şimal-qərb bürosuna Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Qax rayonu Ağçay kənd ümumi orta məktəbin dam örtüyünün bir hissəsi güclü külək nəticəsində uçub. Bununla əlaqədar müvafiq qurumlara məlumat verilib. Xəsarət alan olmayıb. Ərazi nəzarətdə saxlanılır.
Həmçinin, güclü külək nəticəsində Qəbələ rayon Dızaxlı kənd və Qax rayon Qaxbaş kənd 40 nömrəli uşaq bağçası, Şəki rayon Bideyiz və Qax rayonu Qaşqaçay kənd tam orta məktəblərin dam örtüyü müəyyən dərəcədə zədələnib və
Balakən rayon Qabaqçöl qəsəbə tam orta məktəbin idman zalının isə pəncərəsi sınıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb. İlkin araşdırmalardan sonra müvafiq rəy veriləcək.
İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0