https://sputnik.az/20231228/ferid-sefiyev-antiterror-tedbirlerinden-sonra-azerbaycana-qarsi-qerez-keskinlesib-461634908.html
Fərid Şəfiyev: "Antiterror tədbirlərindən sonra Azərbaycana qarşı qərəz kəskinləşib"
Fərid Şəfiyev: "Antiterror tədbirlərindən sonra Azərbaycana qarşı qərəz kəskinləşib"
Sputnik Azərbaycan
Mərkəz rəhbəri deyib ki, bəzi fransız siyasilər Fransa rəhbərliyinin Azərbaycanla bağlı mövqeyini dəstəkləmir. 28.12.2023, Sputnik Azərbaycan
2023-12-28T12:02+0400
2023-12-28T12:02+0400
2023-12-28T12:02+0400
siyasət
politoloq
fərid şəfiyev
ermənistan
azərbaycan
fransa
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437684368_0:103:2000:1228_1920x0_80_0_0_720c49afb430d2d4c2c46f7834c57b3e.jpg
BAKI, 28 dekabr — Sputnik. Antiterror tədbirlərindən sonra beynəlxalq təşkilatlar və mətbu orqanların Azərbaycana qarşı qərəzli mövqeyi kəskinləşib. Report-un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət və təşkilatlar BMTM-in əsas diqqət mərkəzindədir:"Ancaq biz bu çərçivədə əməkdaşlıq qurmağa çalışarkən qərəzli mövqe gördük, bəzi qurumlar və mətbu orqanlar əməkdaşlıqdan imtina edirdilər və buna da əsas gətirmirdilər. Azərbaycana qarşı həmişə qərəzli mövqe müşahidə etmişik, ancaq 2023-cü ildə, antiterror tədbirlərindən sonra bizə münasibətləri daha da kəskinləşdi. Bununla belə, biz bir sıra qurumlarla əməkdaşlığı davam etdirdik. Bizim onlayn formatda 30-a yaxın tədbirimiz keçirilib. Antiterror tədbirlərindən sonra Azərbaycana münasibət dəyişmişdi, hətta bəzi tədbirlərimiz ləğv olunmuşdu. Lakin Londonda bu belə deyildi, biz orada tədbir keçirməyə müvəffəq olduq. Bundan başqa, bir sıra ölkələrdə və eləcə də Rusiyada da tədbir keçirilib". Azərbaycana qarşı ikili standartlar Onun sözlərinə görə, antiterror tədbirlərindən sonra Fransa və digər ölkələr bizə tamamilə ikili standartlarla yanaşırdılar.F.Şəfiyev onu da söyləyib ki, Bakı ilə Paris arasında əlaqələr mövcuddur. Mərkəz rəhbəri deyib ki, bəzi fransız siyasilər Fransa rəhbərliyinin Azərbaycanla bağlı mövqeyini dəstəkləmir. Regional əməkaşlıq BMTM sədri qeyd edib ki, regionda gərginliyin yaradılmasında Ermənistan hökumətinin də payı var:"Xarici təsirlərdə erməni diasporunun rolu çoxdur. Buna qarşı mübarizə adekvat olmalıdır. Media sahəsində də müəyyən yeniliklər edilməlidir. Azərbaycan öz resurslarını səfərbər etməli və adekvat cavab verilməlidir". Azərbaycan-İran münasibətləri F.Şəfiyev deyib ki, İranla bağlı təhlükəsizlik məsələlərində bir sıra problemlər hələ öz həllini tapmayıb. O qeyd edib ki, İranla bağlı məsələlər müsbət müstəvidə gedir. "Amma təhlükəsizlik məsələləri ilə bağlı problemlər hələ öz həllini tapmayıb. Ona görə də təşəbbüs İran tərəfdədir. Görək, onlar 2024-cü ildə hansı addımları atacaqlar", - F.Şəfiyev vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437684368_114:0:1887:1330_1920x0_80_0_0_1d8fef327efadd808bdbd95449aab222.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
politoloq, fərid şəfiyev, ermənistan, azərbaycan, fransa
politoloq, fərid şəfiyev, ermənistan, azərbaycan, fransa
Fərid Şəfiyev: "Antiterror tədbirlərindən sonra Azərbaycana qarşı qərəz kəskinləşib"
Mərkəz rəhbəri deyib ki, bəzi fransız siyasilər Fransa rəhbərliyinin Azərbaycanla bağlı mövqeyini dəstəkləmir.
BAKI, 28 dekabr — Sputnik. Antiterror tədbirlərindən sonra beynəlxalq təşkilatlar və mətbu orqanların Azərbaycana qarşı qərəzli mövqeyi kəskinləşib. Report-un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət və təşkilatlar BMTM-in əsas diqqət mərkəzindədir:
"Ancaq biz bu çərçivədə əməkdaşlıq qurmağa çalışarkən qərəzli mövqe gördük, bəzi qurumlar və mətbu orqanlar əməkdaşlıqdan imtina edirdilər və buna da əsas gətirmirdilər. Azərbaycana qarşı həmişə qərəzli mövqe müşahidə etmişik, ancaq 2023-cü ildə, antiterror tədbirlərindən sonra bizə münasibətləri daha da kəskinləşdi. Bununla belə, biz bir sıra qurumlarla əməkdaşlığı davam etdirdik. Bizim onlayn formatda 30-a yaxın tədbirimiz keçirilib. Antiterror tədbirlərindən sonra Azərbaycana münasibət dəyişmişdi, hətta bəzi tədbirlərimiz ləğv olunmuşdu. Lakin Londonda bu belə deyildi, biz orada tədbir keçirməyə müvəffəq olduq. Bundan başqa, bir sıra ölkələrdə və eləcə də Rusiyada da tədbir keçirilib".
Azərbaycana qarşı ikili standartlar
Onun sözlərinə görə, antiterror tədbirlərindən sonra Fransa və digər ölkələr bizə tamamilə ikili standartlarla yanaşırdılar.
"Fransa Azərbaycana qarşı diplomatik müharibə aparır. İlk dəfə BMT Təhlükəsizlik Şurası çərçivəsində Azərbaycana qarşı təklif irəli sürüldü və uğursuz oldu. Məndə olan məlumata görə, payız aylarında, oktyabr-noyabrda bu məsələni yenidən qaldırmaq istəyirlər", - o əlavə edib.
F.Şəfiyev onu da söyləyib ki, Bakı ilə Paris arasında əlaqələr mövcuddur.
Mərkəz rəhbəri deyib ki, bəzi fransız siyasilər Fransa rəhbərliyinin Azərbaycanla bağlı mövqeyini dəstəkləmir.
"Regionda birinci hədəf sülh sazişidirsə, mənə görə, ikinci hədəf üç ölkənin iştirak etdiyi regional platformanın yaradılmasıdır. Doğrudur, 3+3 formatı var, amma Gürcüstan demək olar ki, burada iştirakdan yayınır. Region ölkələri regiona sahib çıxmalıdırlar", - deyə F.Şəfiyev bildirib.
BMTM sədri qeyd edib ki, regionda gərginliyin yaradılmasında Ermənistan hökumətinin də payı var:
"Xarici təsirlərdə erməni diasporunun rolu çoxdur. Buna qarşı mübarizə adekvat olmalıdır. Media sahəsində də müəyyən yeniliklər edilməlidir. Azərbaycan öz resurslarını səfərbər etməli və adekvat cavab verilməlidir".
Azərbaycan-İran münasibətləri
F.Şəfiyev deyib ki, İranla bağlı təhlükəsizlik məsələlərində bir sıra problemlər hələ öz həllini tapmayıb.
O qeyd edib ki, İranla bağlı məsələlər müsbət müstəvidə gedir.
"Amma təhlükəsizlik məsələləri ilə bağlı problemlər hələ öz həllini tapmayıb. Ona görə də təşəbbüs İran tərəfdədir. Görək, onlar 2024-cü ildə hansı addımları atacaqlar", - F.Şəfiyev vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.