CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi təsdiqlənib

© Sputnik / Zulfiyya GuluyevaAkademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının polikilinika
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının polikilinika - Sputnik Azərbaycan, 1920, 28.12.2023
Abunə olmaq
Gələn il üçün Fondun gəlirləri və xərcləri 2 811 428 292 manat məbləğində təsdiq olunub.
BAKI, 28 dekabr — Sputnik. Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsini təsdiq edib. Gələn il üçün Fondun gəlirləri və xərcləri 2 811 428 292 manat məbləğində təsdiq olunub.
2024-cü ildə Fondun gəlirlərinin 1 375 987 690 manatı dövlət büdcəsindən ayırmalar, 815 053 804 manatı İşəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları hesabına formalaşacaq.
Fondun xərclərinin isə 2 503 074 032 manatını icbari tibbi sığorta ödənişləri və dotasiya təşkil edəcək.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin xərclər smetasında nəzərdə tutulmuş məbləğlə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin həmin qurumlara ödədiyi sığorta ödənişlərinin məbləği arasında kəsir yarandığı halda, həmin kəsir aylıq əsaslarla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin 3.4.1-ci yarımbəndində nəzərdə tutulan vəsait hesabına maliyyələşdirilir. Agentlik tərəfindən tibb müəssisələrinin smetaları əsasında ödənilən vəsaitin xərclənməmiş hissəsi büdcə ilinin sonunadək Agentliyə qaytarılır.
Prezident İlham Əliyevin imzaladığı "İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında" fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0