SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bu il Türkiyə, Gürcüstan və Rusiya ilə görüşlərdə mühüm nəticələr əldə olunub - Nazir

© Sputnik / Григорий СысоевCeyhun Bayramov, arxiv
Ceyhun Bayramov, arxiv  - Sputnik Azərbaycan, 1920, 28.12.2023
Abunə olmaq
Azərbaycanın xarici işlər nazirlyində ilin yekununa dair hesabat brifinqi keçirilir.
BAKI, 28 dekabr - Sputnik. Bu il Azərbaycanın İrandakı səfirliyinə hücum Bakı-Tehran münasibətlərində gərginlik yaratmışdı. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, sonradan təmaslar nəticəsində bu gərginliyi yumşaltmaq mümkün olub.
Nazirin sözlərinə görə, bu il Azərbaycanın bir sıra Avropa dövlətləri ilə əlaqələri xüsusi dinamikaya malik olub.
C.Bayramov qeyd edib ki, İl ərzində Türkiyə, Gürcüstan və Rusiya ilə ali səviyyədə baş tutmuş görüşlərdə mühüm nəticələr əldə olunub.
Onun sözlərinə görə, bəzi dairələrin qərəzli siyasəti Azərbaycanın xarici siyasəti üçün müəyyən çağırışlar yaratsa da, onların öhdəsindən gəlməyə nail olunub:

"Xarici siyasətimiz məzmun baxımından zəngin olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət dövlətimizin milli maraqlarının təmin olunmasına yönəlib. 2023-cü ildə Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib. İl ərzində Türkiyə, Gürcüstan və Rusiya ilə ali səviyyədə baş tutmuş görüşlərdə mühüm nəticələr əldə olunub".

Nazir bildirib ki, bu il Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji əməkdaşlığı sahəsində dialoq davam etdirilib:

"Eyni zamanda "Şərq tərəfdaşlığı" proqramına ölkələri arasında Azərbaycanın iştirakı təmin olunub. Bu il həmçinin Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib. Həmin iclasda çoxşaxəli müzakirələr aparılıb. Xəzərin dostluq dənizi olması ilə bağlı razılığa gəlinib".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0