https://sputnik.az/20231228/azerbaycanin-turkiyedeki-sefirliyi-prezident-seckileri-ile-elaqedar-melumat-yayib-461642471.html
Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar məlumat yayıb
Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar məlumat yayıb
Sputnik Azərbaycan
Türkiyədə daimi və ya müvəqqəti yaşayan, çalışan və təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə. 28.12.2023, Sputnik Azərbaycan
2023-12-28T15:10+0400
2023-12-28T15:10+0400
2023-12-28T15:10+0400
türkiyə
siyasət
seçki
azərbaycan
səfirlik
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/07/434971271_0:103:2000:1228_1920x0_80_0_0_0d6995963e9e341192f6d9560919b419.jpg
BAKI, 28 dekabr — Sputnik. Ölkəmizin Türkiyədəki səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının qarşıdan gələn prezident seçkilərində iştirakı ilə bağlı məlumat yayıb. Səfirliyin rəsmi internet səhifəsində yerləşdirilən məlumatda qeyd edilir:"Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşayan, çalışan və təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə. 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcək".Qeyd olunur ki, on səkkiz yaşı tamam olmuş, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının səsvermə hüququndan istifadələri üçün seçici siyahısına daxil edilmələri məqsədilə aşağıdakı məlumatların bu il dekabrın 29-dək Azərbaycanın Türkiyədəki səfirliyinin consul_ankara@mission.mfa.gov.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur: Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib. Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/07/434971271_114:0:1887:1330_1920x0_80_0_0_ebe8fe407ceb55430ca3c9cb594f8031.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, seçki, azərbaycan, səfirlik
türkiyə, seçki, azərbaycan, səfirlik
Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar məlumat yayıb
Türkiyədə daimi və ya müvəqqəti yaşayan, çalışan və təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə.
BAKI, 28 dekabr — Sputnik. Ölkəmizin Türkiyədəki səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının qarşıdan gələn prezident seçkilərində iştirakı ilə bağlı məlumat yayıb.
Səfirliyin rəsmi internet səhifəsində yerləşdirilən məlumatda qeyd edilir:
"Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşayan, çalışan və təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə. 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcək".
Qeyd olunur ki, on səkkiz yaşı tamam olmuş, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının səsvermə hüququndan istifadələri üçün seçici siyahısına daxil edilmələri məqsədilə aşağıdakı məlumatların bu il dekabrın 29-dək Azərbaycanın Türkiyədəki səfirliyinin consul_ankara@mission.mfa.gov.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur:
3.
Ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi;
4.
Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşadığı ünvan;
5.
Əlaqə məlumatları (telefon, e-mail)".
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.
Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.