SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransa ilə gələcək münasibətlərimiz bizdən çox bu ölkədən asılı olacaq - Nazir

© iStock.com / Oleksandr FilonAzərbaycan və Fransa bayraqları
Azərbaycan və Fransa bayraqları - Sputnik Azərbaycan, 1920, 28.12.2023
Abunə olmaq
Azərbaycanın xarici işlər nazirlyində ilin yekununa dair hesabat brifinqi keçirilir.
BAKI, 28 dekabr - Sputnik. Azərbaycan və Fransa arasında münasibətlər özünün ən aşağı səviyyəsindədir. Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan XİN-də ilin yekununa dair hesabat brifinqində deyib.
Nazir bildirib ki, baş verənlərin səbəbkarı Azərbaycan olamyıb.

"Fransaya qarşı addımlar atmaq prioritetiniz olmayıb", - deyə nazir bildirib.

© Sputnik / Виталий БелоусовCeyhun Bayramov
Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 28.12.2023
Ceyhun Bayramov
Onun sözlərinə görə, Fransa Azərbaycan-Ermənistan gündəliyini Fransa-Azərbaycan münasibətlərinin ayrılmaz tərkib hissəsi elan edib.
"Fransanın mövqeyi ermənipərəst olub. Bu ölkə Ermənipərədtliyini uzun müddət gizlədə bilib. Bu, 2020-ci ilə qədər davam edib.

"Münasibətlərimizə zərbələr həmin dövrdən başladı. Sonradan bu mövqe ermənipərsətlikdən çıxıb Azərbaycanafob istiqamət aldı. Azərbaycana qarşı kampaniyanın arxasında bir çox aşkar və gizli hallarda Ermənistan deyil, Fransa dayanır", - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, Fransa BMT TŞ-də Azərbaycana qarşı bilinən və bilinməyən təşəbbüslərlə çıxış edib.
"Gələcək münasibətlərimiz bizdən çox Fransadan asılı olacaq. Fransa bölgə ilə bağlı siyasətinə yenidən nəzər salarsa, münasibətlərimizə yenidən baxa bilərik", - deyə nazir qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0