https://sputnik.az/20231228/amea-nin-selahiyyetlerinden-biri-legv-olunub-461649601.html
AMEA-nın səlahiyyətlərindən biri ləğv olunub
AMEA-nın səlahiyyətlərindən biri ləğv olunub
Sputnik Azərbaycan
"Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi"ndə dəyişiklik edilib. 28.12.2023, Sputnik Azərbaycan
2023-12-28T21:38+0400
2023-12-28T21:38+0400
2023-12-28T21:38+0400
amea
cəmiyyət
mükafat
dövlət
https://cdnn1.img.sputnik.az/img/42059/23/420592311_0:0:2000:1125_1920x0_80_0_0_cd6cb62251a246971fc3b307239a9b18.jpg
BAKI, 28 dekabr — Sputnik. Əsərlər dövlət mükafatına dövlət orqanları (qurumları), ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar, ictimai birliklər, yaradıcılıq ittifaqları və birlikləri tərəfindən təqdim olunacaq. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi"ndə edilən dəyişiklikdə əksini tapıb. İndiyə qədər əsərlər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, dövlət idarə və təşkilatları, ali təhsil, elmi-tədqiqat və layihə-konstruktor müəssisələri, ictimai və yaradıcı birliklər tərəfindən Mükafata təqdim olunub. Bundan əvvəl fundamental və tətbiqi elmlərə aid əsərlər müvafiq elmi şuralarda müzakirədən sonra və ya Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən, bədii əsərlər isə yaradıcı ittifaqların qərarı ilə Mükafata təqdim edilib. Bu müddəa da ləğv olunub. Qeyd edək ki, mükafat Azərbaycan Respublikasının vətəndaşı olan müəlliflərə elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə və ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə verilir. İki ildən bir verilən və hər biri 30000 manat məbləğində olan Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 5 Dövlət Mükafatı hər cüt ildə 28 may — Müstəqillik Günü ərəfəsində komissiyanın qərarı ilə dövlət büdcəsinin vəsaiti hesabına verilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42059/23/420592311_168:0:1941:1330_1920x0_80_0_0_2bd1b195aa1cfb504196b4c653a264b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
amea, mükafat, dövlət
AMEA-nın səlahiyyətlərindən biri ləğv olunub
"Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi"ndə dəyişiklik edilib.
BAKI, 28 dekabr — Sputnik. Əsərlər dövlət mükafatına dövlət orqanları (qurumları), ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar, ictimai birliklər, yaradıcılıq ittifaqları və birlikləri tərəfindən təqdim olunacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi"ndə edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər əsərlər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, dövlət idarə və təşkilatları, ali təhsil, elmi-tədqiqat və layihə-konstruktor müəssisələri, ictimai və yaradıcı birliklər tərəfindən Mükafata təqdim olunub.
Bundan əvvəl fundamental və tətbiqi elmlərə aid əsərlər müvafiq elmi şuralarda müzakirədən sonra və ya Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən, bədii əsərlər isə yaradıcı ittifaqların qərarı ilə Mükafata təqdim edilib. Bu müddəa da ləğv olunub.
Qeyd edək ki, mükafat Azərbaycan Respublikasının vətəndaşı olan müəlliflərə elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə və ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə verilir.
İki ildən bir verilən və hər biri 30000 manat məbləğində olan Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 5 Dövlət Mükafatı hər cüt ildə 28 may — Müstəqillik Günü ərəfəsində komissiyanın qərarı ilə dövlət büdcəsinin vəsaiti hesabına verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.