https://sputnik.az/20231228/2023-cu-il-azerbaycanin-erazi-butovluyunun-berpasi-ile-yadda-qalib---nazir-461644004.html
2023-cü il Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yadda qalıb - Nazir
2023-cü il Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yadda qalıb - Nazir
Sputnik Azərbaycan
Azərbaycanın xarici işlər nazirlyində ilin yekununa dair hesabat brifinqi keçirilir. 28.12.2023, Sputnik Azərbaycan
2023-12-28T15:28+0400
2023-12-28T15:28+0400
2023-12-28T15:41+0400
siyasət
ceyhun bayramov
azərbaycan xin
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457130559_0:0:2919:1642_1920x0_80_0_0_0fa1f51212112273ccb812d3c7299f4c.jpg
BAKI, 28 dekabr - Sputnik. 2023-cü il Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə yadda qalıb.Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.Ceyhun Bayrmov İran İslam Respublikası ilə münasibətlərə də toxunub:“27 yanvarda İrandakı Azərbaycan səfirliyinə terror hücumu nəticəsində səfirliyimizin heyəti təxliyə olunub. Bununla yanaşı, iki ölkə arasında sözügedən mövzuda yüksək səviyyəli təmaslar baş verib”.Nazir deyib ki, 2023-cü ildə 44 ölkə ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən ümumilikdə 161 sənəd imzalanıb:"2023-də yeni diplomatik missiyalar açılıb, belə ki, Slovakiyada yeni səfirliyimiz açılıb. Bununla da diplomatik missiyaların sayı 90-a çatıb".Ceyhun Bayramov, həmçinin əlavə edib ki, 2023-cü ildə Mərkəzi Asiya dövlətləri ilə təmaslar intensiv olub:"Azərbaycan Prezidenti tərəfindən bu region ölkələrinə 6 səfər, həmin region ölkələrin liderləri tərəfindən isə Azərbaycana 8 səfər reallaşıb".Nazir bildirib ki, il ərzində Aİ arasında enerji nəqliyyat məsələri üzrə dialoq davam etdirilib. Ölkəmizin bir sıra tədbirlərdə iştirakı təşkil edilib."Ölkəmiz MDB-də iştirakını fəal şəkildə davam etdirilib. O cümlədən Xəzəryanı ölkələrlə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilib. Yaxın Şərqdəki vəziyyətə görə təməsalarımız intensivləşdirilməsi, Azərbaycan kommunikasiyaların inkişaf etdirilməsi istiqamətində təşəbbüslərlə çıxış edib. Azərbaycanın transit daşımalarlnda oynadığı rol artıb. Bu il 22 ölkə ilə hökumətlər arası komissiyaların iclası keçirilib", - deyə C.Bayramov vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457130559_58:0:2787:2047_1920x0_80_0_0_d1f3186cd4dfe10df13708859aba480a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov, azərbaycan xin
ceyhun bayramov, azərbaycan xin
2023-cü il Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yadda qalıb - Nazir
15:28 28.12.2023 (Yenilənib: 15:41 28.12.2023) Azərbaycanın xarici işlər nazirlyində ilin yekununa dair hesabat brifinqi keçirilir.
BAKI, 28 dekabr - Sputnik. 2023-cü il Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə yadda qalıb.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.
“Bu proses zamanı bəzi dairələrin açıq qərəz və ikili siyasət yürütməsinə baxmayaraq, Azərbaycanın qətiyyətli və prinsipial yanaşması bu istiqamətdə olan çağırışların öhdəsindən gəlməyə imkan verib”, - nazir əlavə edib.
Ceyhun Bayrmov İran İslam Respublikası ilə münasibətlərə də toxunub:
“27 yanvarda İrandakı Azərbaycan səfirliyinə terror hücumu nəticəsində səfirliyimizin heyəti təxliyə olunub. Bununla yanaşı, iki ölkə arasında sözügedən mövzuda yüksək səviyyəli təmaslar baş verib”.
Nazir deyib ki, 2023-cü ildə 44 ölkə ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən ümumilikdə 161 sənəd imzalanıb:
"2023-də yeni diplomatik missiyalar açılıb, belə ki, Slovakiyada yeni səfirliyimiz açılıb. Bununla da diplomatik missiyaların sayı 90-a çatıb".
Ceyhun Bayramov, həmçinin əlavə edib ki, 2023-cü ildə Mərkəzi Asiya dövlətləri ilə təmaslar intensiv olub:
"Azərbaycan Prezidenti tərəfindən bu region ölkələrinə 6 səfər, həmin region ölkələrin liderləri tərəfindən isə Azərbaycana 8 səfər reallaşıb".
Nazir bildirib ki, il ərzində Aİ arasında enerji nəqliyyat məsələri üzrə dialoq davam etdirilib. Ölkəmizin bir sıra tədbirlərdə iştirakı təşkil edilib.
"Ölkəmiz MDB-də iştirakını fəal şəkildə davam etdirilib. O cümlədən Xəzəryanı ölkələrlə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilib. Yaxın Şərqdəki vəziyyətə görə təməsalarımız intensivləşdirilməsi, Azərbaycan kommunikasiyaların inkişaf etdirilməsi istiqamətində təşəbbüslərlə çıxış edib. Azərbaycanın transit daşımalarlnda oynadığı rol artıb. Bu il 22 ölkə ilə hökumətlər arası komissiyaların iclası keçirilib", - deyə C.Bayramov vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.