SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sülh üçün imkan pəncərəsi mövcuddur - Mirzoyan

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidMirzoyan
Mirzoyan - Sputnik Azərbaycan, 1920, 27.12.2023
Abunə olmaq
Nazir qeyd edib ki, Azərbaycanla sülh sazişinin əldə olunması ehtimalı ilə bağlı bir çox beynəlxalq aktorların nikbinliyini bölüşür.
BAKI, 27 dekabr — Sputnik. Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təkliflər paketi ilə bağlı yanaşmalarını öyrənəcək və təqdim edəcək. Bunu İrəvanda xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla keçirdiyi birgə brifinqdə deyib.
Nazir qeyd edib ki, Azərbaycanla sülh sazişinin əldə olunması ehtimalı ilə bağlı bir çox beynəlxalq aktorların nikbinliyini bölüşür. Nazir hesab edir ki, sülh üçün imkan pəncərəsi mövcuddur.
"Təəssüf ki, dövlət birtərəfli qaydada sülh müqaviləsi imzalaya bilməz" - o, əlavə edib.
Mirzoyan isə sülh müqaviləsinin tezliklə reallığa çevriləcəyini gözləyir.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl Ermənistana sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərə cavab göndərmişdi. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun deyib ki, Bakı tərəflərin görüşlərini 2024-cü ildə gözləyir. Ceyhun Bayramov son vaxtlar İrəvandan müsbət siqnallar aldığını, lakin Ermənistandan sülh prosesi ilə bağlı real addımlar gözlədiklərini vurğulayıb.
Xəbər lenti
0