NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Rusiya Avropaya neft və neft məhsulları tədarükünün payını 5%-ə qədər azaldacaq

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidNeft sisternləri, arxiv şəkli
Neft sisternləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2023
Abunə olmaq
Oktyabrda Novak jurnalistlərə açıqlamasında Rusiya Federasiyasının ilin sonuna qədər dünya bazarlarına neft tədarükünü könüllü olaraq sutkada 300 min barel azaltmağa davam edəcəyini bildirmişdi.
BAKI, 27 dekabr — Sputnik. Bu ilin nəticələrinə görə, Rusiya neftinin və neft məhsullarının Avropaya ixracının ümumi həcmində əvvəllər 45% - ə çatan payı, proqnoza əsasən, 5%-dən çox olmayacaq.
Bunu Rusiya hökuməti sədrinin müavini Aleksandr Novak "Rossiya-24" telekanalına müsahibəsində deyib.
"Əgər əvvəllər biz Avropaya ixracın ümumi həcminin, təxminən 40-45%-ni neft və neft məhsulları ilə təmin edirdiksə, bu ilin sonunda bunun 4-5%-dən çox olmayacağını gözləyirik", - deyə Baş nazirin müavini bildirib.
Xatırladaq ki, oktyabrda Novak jurnalistlərə açıqlamasında Rusiya Federasiyasının ilin sonuna qədər dünya bazarlarına neft tədarükünü könüllü olaraq sutkada 300 min barel azaltmağa davam edəcəyini bildirmişdi. Baş nazirin müavininin sözlərinə görə, məhdudiyyətlər qlobal neft bazarlarında sabitliyi və tarazlığı qorumaq üçün OPEC+ tədbirlərini gücləndirməkdən ötrü nəzərdə tutulub.
Xəbər lenti
0