DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Newsweek: Zalujnı USQ-nin məğlubiyyəti fonunda daha çox kömək istəyib

© AP Photo / Efrem LukatskyUkrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Valeri Zalujnı
Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Valeri Zalujnı  - Sputnik Azərbaycan, 1920, 27.12.2023
Abunə olmaq
Nəşr yazır ki, Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin səylərinin "istənilən nəticəni vermədiyini" deyib.
BAKI, 27 dekabr — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Valeri Zalujnı Ukrayna qoşunlarının məğlubiyyətindən sonra daha çox kömək istəyib.
Bu barədə "Newsweek" xəbər verib.
Materialda qeyd edilib ki, Ukraynanın bu ilki əks-hücumu planlaşdırıldığı kimi olmayıb və Zalujnı cəbhədəki vəziyyəti ümidsiz adlandırıb.
Nəşr yazır ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin səylərinin "istənilən nəticəni vermədiyini" deyib.
Həmçinin Rusiya Silahlı Qüvvələrinin bir çox regionlarda güc qazandığı da qeyd olunur.
"Zalujnı bu yaxınlarda Rusiyaya qarşı mübarizəni davam etdirmək üçün insanlar, silah-sursatlar və silahlar da daxil olmaqla, hərbi resursların verilməsi üçün çarəsiz vəziyyətdə çağırış edib", - materialda deyilir.
"Bloomberg" bildirib ki, USQ-nin əks-hücumunun uğursuzluğu səbəbindən Ukrayna əhalisi arasında məyusluq, ümidsizlik və yorğunluq artır.
"The American Conservative" jurnalının yazdığına görə, Zelenski Qərbin Ukrayna üçün münaqişənin yaxşı sona çatma ehtimalına inanmadığını anlamağa başlayıb.
Xəbər lenti
0