DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO generalı: Qərb ölkələri 21-ci əsrdə sağ qalmaya bilərlər

© Sputnik / Алексей Витвицкий / Mediabanka keçidNATO loqosu
NATO loqosu - Sputnik Azərbaycan, 1920, 27.12.2023
Abunə olmaq
Qərb dövlətləri Rusiya iqtisadiyyatına sanksiya təzyiqində uğursuzluğa düçar olublar.
BAKI, 27 dekabr — Sputnik. Rusiya Ukrayna münaqişəsində qələbəyə doğru irəliləyir, Qərb isə davamlı olaraq uğursuzluqlardan əziyyət çəkir.
Bunu Böyük Britaniya Silahlı Qüvvələrinin istefada olan generalı Riçard Berrons bildirib.
"Münaqişənin gedişatı açıq şəkildə Rusiyanın xeyrinə inkişaf edir. Putin çox yaxşı vəziyyətdədir", - deyə o, Britaniyanın "The National News" nəşrinə müsahibəsində bildirib.
Şimali Atlantika Alyansının istefada olan generalı qeyd edib ki, Qərb dövlətləri Rusiya iqtisadiyyatına sanksiya təzyiqində uğursuzluğa düçar olublar. O, belə bir fikri ifadə edib ki, Avropa və ABŞ bu cür məğlubiyyətlərə yol verməkdən əl çəkməsələr, o zaman Qərbin sağ qalmaq şansı şübhə altına düşə bilər.
"Problemlərimizlə məşğul olmasaq, 21-ci əsrin layiqli qurbanı olacağıq", - deyə Barrons sözünə davam edib.
Bundan əvvəl Rusiya Federasiyasının Vaşinqtondakı səfiri Anatoli Antonov bildirmişdi ki, ABŞ-ın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi minlərlə sanksiya Amerika biznesi üçün çətinliklər yaradır, lakin Moskvaya təsir etmir.
Xəbər lenti
0