https://sputnik.az/20231227/milli-meclisin-payiz-sessiyasinin-sonuncu-iclasinin-gundeliyi-aciqlanib-461616411.html
Milli Məclisin payız sessiyasının sonuncu iclasının gündəliyi açıqlanıb
Milli Məclisin payız sessiyasının sonuncu iclasının gündəliyi açıqlanıb
Sputnik Azərbaycan
İclasın gündəliyinə 7 məsələ daxil edilib. 27.12.2023, Sputnik Azərbaycan
2023-12-27T18:47+0400
2023-12-27T18:47+0400
2023-12-27T18:47+0400
milli məclis
cəmiyyət
iclas
iclas
gündəlik
dünya azərbaycanlılarının həmrəylik günü və yeni il
dünya azərbaycanlılarının həmrəylik günü
məcəllə
https://cdnn1.img.sputnik.az/img/40522/87/405228747_0:235:4513:2773_1920x0_80_0_0_0e626c74476d38a0e22e09cd0d7beaa2.jpg
BAKI, 27 dekabr — Sputnik. Milli Məclisin payız sessiyasının dekabrın 30-da keçiriləcək sonuncu iclasının gündəliyi açıqlanıb. Toplantının gündəliyinə 7 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. "Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasına Əlavə Protokol"un təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi. 2. "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında" və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 4. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 5. "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 7. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciətinin təsdiq edilməsi haqqında.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40522/87/405228747_250:0:4261:3008_1920x0_80_0_0_fc14e183734d2fcb32da1134c8315820.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milli məclis, iclas, iclas, gündəlik, dünya azərbaycanlılarının həmrəylik günü və yeni il, dünya azərbaycanlılarının həmrəylik günü, məcəllə
milli məclis, iclas, iclas, gündəlik, dünya azərbaycanlılarının həmrəylik günü və yeni il, dünya azərbaycanlılarının həmrəylik günü, məcəllə
Milli Məclisin payız sessiyasının sonuncu iclasının gündəliyi açıqlanıb
İclasın gündəliyinə 7 məsələ daxil edilib.
BAKI, 27 dekabr — Sputnik. Milli Məclisin payız sessiyasının dekabrın 30-da keçiriləcək sonuncu iclasının gündəliyi açıqlanıb.
Toplantının gündəliyinə 7 məsələ daxil edilib.
1. "Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasına Əlavə Protokol"un təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi.
2. "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında" və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
7. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciətinin təsdiq edilməsi haqqında.