DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin XİN: ABŞ sanksiyaları Çini "Arktik LNG-2"də iştirakdan imtina etməyə məcbur etməyəcək

© AP Photo / Ng Han GuanÇin XİN
Çin XİN - Sputnik Azərbaycan, 1920, 27.12.2023
Abunə olmaq
Çin üçün Rusiya ilə qarşılıqlı hörmət ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərindən daha vacibdir.
BAKI, 27 dekabr — Sputnik. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin ABŞ-ın Rusiya ilə birgə "Arktika LNG-2" (LNG-mayeləşdirilmiş təbii qaz) layihəsində iştirakı ilə əlaqədar Pekinə qarşı tətbiq etdiyi sanksiyaları şərh edib. Ninin sözlərinə görə, Rusiya ilə qarşılıqlı hörmət Çin üçün daha vacibdir və o, bundan imtina etməyəcək.
Bu barədə Rusiya mediası xəbər verib.
"Çin həmişə birtərəfli sanksiyalara qarşı çıxıb, Çin və Rusiya qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda ruhuna əsaslanan normal ticarət və iqtisadi əməkdaşlığı davam etdirəcəklər", - deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Nin qeyd edib ki, son iki il birtərəfli sanksiyaların nə qədər zərərli olduğunu, bütün beynəlxalq ictimaiyyətə nə qədər bəlalar və problemlər gətirdiyini bütün dünyaya göstərib. Diplomat həmçinin əlavə edib ki, Rusiya-Çin dostluğu kənardan heç kimi maraqlandırmamalıdır və heç kim ona təsir göstərməyə çalışmamalıdır.
Bu yaxınlarda "KP.RU" yazıb ki, Çin ABŞ-dan "Arktika LNG-2" layihəsi ilə bağlı sanksiyalardan imtina etməyi xahiş etmək niyyətində olub.
Xəbər lenti
0