CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün hansı əlamətdar hadisələr baş verib: 27 dekabr

© Sputnik / Elnur Salayev27 dekabr
27 dekabr - Sputnik Azərbaycan, 1920, 27.12.2023
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 27 dekabr — Sputnik. Dekabrın 27-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib.
Bu gün də tarixə düşən bəzi hadisələr baş verib.
Dekabrın 27-də kimlər anadan olub?
Oqtay Kazımi (1922-2010) – Azərbaycanın xalq artisti, bəstəkar, ölkənin ilk "Hophopnamə" rok operasının yaradıcısıdır.
Səfurə İbrahimova (1938-2020) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artistidir. "Uzaq sahillərdə", "Bizim küçə", "Səni xatırlayıram, müəllim", "Dərviş Parisi partladır" və s. filmlərdə rol alıb.
Fərhad Bədəlbəyli (1947) – Azərbaycanın xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur.
Pavel Tretyakov (1832-1898) – rusiyalı sahibkar, xeyriyyəçi, təsviri sənət əsərlərinin kolleksiyaçısı, Moskvada Tretyakov Qalereyasının yaradıcısıdır.
Marlen Ditrix (1901-1992) - alman və amerikalı aktrisa, müğənnidir. O, hələ sağlığında kinoda mükəmməl qadın obrazlarından birini yaradaraq, moda, üslub və qadın şüuruna böyük təsir edərək əfsanəyə çevrilib.
Emmanuil Vitorqan (1939) - Rusiyanın teatr və kino aktyoru, Rusiyanın xalq artistidir. O, Bakıda anadan olduğu üçün özünü Bakı sakini hesab edir. O, yüzdən çox filmdə rol alıb.
Jerar Depardye (1948) – fransız aktyoru, restoran sahibi, şərabçıdır. Müasir dövrün ən məhsuldar aktyorlarından biri olan Jerar 200-dən çox filmdə rol alıb.
Sergey Bodrov (1971-2002) – Rusiyanın kino aktyoru, kinorejissoru, ssenaristi, teleaparıcısı, sənətşünaslıq namizədidir. 2002-ci il sentyabrın 20-dən o, Şimali Osetiyanın Karmadon dərəsində "Rabitəçi" filminin çəkilişi zamanı Kolka buzlaqının enməsi nəticəsində çəkiliş qrupu ilə birlikdə rəsmi olaraq itkin düşmüş hesab edilir. Buzlaq 120-dən çox insanı və iki düşərgəni basdırıb. Sergey Bodrovun cəsədi tapılmayıb.
Timoti Şalame (1995) - üç "BAFTA" mükafatı, iki "Qızıl qlobus" mükafatı və beş "Tənqidçinin seçimi" mükafatı da daxil olmaqla çoxsaylı mükafatlar almış amerikalı aktyordur. O, həmçinin "Oskar" mükafatına da namizəd olub.
Dekabrın 27-də dünyada baş verən tarixi hadisələr
1703-cü ildə İngiltərə ilə Portuqaliya arasında Metuen müqaviləsi (ticarət müqaviləsi) bağlanıb. İngiltərəyə verilən üstünlüklər - onların yun məhsullarının rüsumsuz idxalı - sonuncuya Portuqaliyanın demək olar ki, bütün ticarətini tez bir zamanda mənimsəməyə və Portuqaliyanın İngiltərədən iqtisadi və daha sonra siyasi asılılığına səbəb olan yerli sənayenin inkişafını məhv etməsinə imkan verib.
1932-ci ildə SSRİ-də vahid pasport sistemi tətbiq olunub.
1945-ci ildə Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondu yaradılıb.
1990-cı ildə RSFSR-də Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin aradan qaldırılması Nazirliyi yaradılıb.
2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Dənizkənarı Milli Parkında Beynəlxalq Muğam Mərkəzinin açılışı olub.
Xəbər lenti
0