https://sputnik.az/20231227/azerbaycanin-ixrac-etdiyi-qazin-qiymeti-ucuzlasib---sebeb-nedir-qaz-ixraci-serfelidirmi-461600333.html
Azərbaycanın ixrac etdiyi qazın qiyməti ucuzlaşıb - Səbəb nədir, qaz ixracı sərfəlidirmi?
Azərbaycanın ixrac etdiyi qazın qiyməti ucuzlaşıb - Səbəb nədir, qaz ixracı sərfəlidirmi?
Sputnik Azərbaycan
İqtisadçılar deyirlər ki, Azərbaycan üçün təbii qaz ixracı sərfəlidir, çünki bizdə qaz hasilatının maya dəyəri böyük deyil. Hətta qazın min kubmetri 200-300... 27.12.2023, Sputnik Azərbaycan
2023-12-27T09:31+0400
2023-12-27T09:31+0400
2023-12-27T09:31+0400
qaz
neft-qaz
ixrac
artım
azərbaycan
ucuzlaşma
natiq cəfərli
natiq cəfərli
iqtisadçı-ekspert natiq cəfərli
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813408_0:160:3072:1888_1920x0_80_0_0_19fcaae8f1e3933accd07c15e57d26b7.jpg
BAKI, 27 dekabr — Sputnik. Bu ilin 11 ayında Azərbaycanın təbii qaz ixracı dəyər ifadəsində azalıb, miqdar ifadəsində isə artıb. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 12,7 milyard dollar dəyərində 24,3 milyard kubmetr təbii qaz ixrac edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə təbii qaz ixracı dəyər ifadəsində 13,7 faiz azalıb, miqdar ifadəsində isə 30,7 faiz artıb. "Qaz qiymətlərində ciddi enmələr var" Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, qaz ixracında dəyər baxımından azalmanın əsas səbəbi İtaliyaya satdığımız qazla bağlıdır: "Bağlanmış müqaviləyə əsasən, Niderlandda olan təbii qaz birjasındakı qiymətlər əsasında İtaliyaya qaz satırıq. İtaliya ən böyük qaz alıcımızdır. Türkiyə və Gürcüstana isə uzun müddətli müqavilələrlə, sabit qiymətlərlə qaz satırıq. Keçən il qaz qiymətləri Ukraynadakı müharibə ilə bağlı kəskin artmışdı. Hətta elə aylar oldu ki, qazın min kubmetri 2500-3000 dollar civarına qalxdı. Keçən ilin sonundan başlayaraq təbii qazın qiymətlərində ciddi enmələr var. Bu il qazın min kubmetrinin orta qiyməti 300-400 dollar olub, yəni qiymət kəskin düşüb. Nəticədə Azərbaycanın xaricə satdığı qazın da qiymətində ucuzlaşma müşahidə olunur. Məsələn, keçən il ölkəmiz qazın min kubmetrini İtaliyaya 600-700 dollara satırdısa, indi bu rəqəm təxminən 400-500 dollar civarındadır. Qiymətin ucuzlaşması ilə bağlı qaz satışından gəlirlər azalıb". "Miqdar baxımından qaz ixracımız artıb" "Amma miqdar baxımından təbii qaz ixracımız artıb. Çünki yeni müqavilələrə görə daha çox qaz satmaq öhdəliyimiz də var. Azərbaycanda qaz hasilatı artdıqca Avropaya satdığımız qazın həcmində də artım müşahidə olunur",-deyə o diqqətə çatdırıb. "Azərbaycan üçün qaz ixracı sərfəlidir" Ekspert vurğulayıb ki, Azərbaycan üçün təbii qaz ixracı sərfəlidir, çünki bizdə qaz hasilatının maya dəyəri böyük deyil: "Hətta qazın min kubmetri 200-300 dollara satılsa belə ölkəmiz üçün sərfəlidir. Yanvar ayında Avropada qaz qiymətlərində müəyyən artım ola bilər". "Qazın kəskin ucuzlaşmasının dövlət büdcəsinə ciddi təsiri yoxdur" İqtisadçı Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, bu il dünya bazarlarında təbii qazın qiymətləri kəskin ucuzlaşıb: "Bu da xaricə qaz satışından gəlirlərimizə təsir göstərib. Keçən il isə qazın qiyməti kəskin artmışdı və bu, gəlirlərimizin ciddi şəkildə artmasına gətirib çıxartmışdı. Ümumiyyətlə, qazın kəskin ucuzlaşması qaz ixracının əhəmiyyətini azaltmır və qaz ixracı ölkəmiz üçün çox sərfəlidir". İqtisadçı onu da bildirib ki, Azərbaycanın xaricə satdığı qazın kəskin ucuzlaşmasının dövlət büdcəsinə ciddi təsiri yoxdur: "Ümumiyyətlə, neft və qaz qiymətlərinin kəskin artıb-azalmasının dövlət büdcəsinə birbaşa təsiri yoxdur". Qeyd edək ki, bu ilin 11 ayında Azərbaycandan ümumi ixracın 40,54 faizi qaz ixracının payına düşüb. 2022-ci ilin 11 ayında isə bu göstərici 40,75 faiz təşkil edib. Qaz hasilatı artıb Xatırladaq ki, cari ilin 11 ayı ərzində Azərbaycanda 44 milyard kubmetr təbii qaz hasil edilib. Ötən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813408_171:0:2902:2048_1920x0_80_0_0_01dfe68a0d674bed6742b5a9542942e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qaz, ixrac, artım, azərbaycan, ucuzlaşma, natiq cəfərli, natiq cəfərli, iqtisadçı-ekspert natiq cəfərli
qaz, ixrac, artım, azərbaycan, ucuzlaşma, natiq cəfərli, natiq cəfərli, iqtisadçı-ekspert natiq cəfərli
Azərbaycanın ixrac etdiyi qazın qiyməti ucuzlaşıb - Səbəb nədir, qaz ixracı sərfəlidirmi?
İqtisadçılar deyirlər ki, Azərbaycan üçün təbii qaz ixracı sərfəlidir, çünki bizdə qaz hasilatının maya dəyəri böyük deyil. Hətta qazın min kubmetri 200-300 dollara satılsa belə ölkəmiz üçün sərfəlidir.
BAKI, 27 dekabr — Sputnik. Bu ilin 11 ayında Azərbaycanın təbii qaz ixracı dəyər ifadəsində azalıb, miqdar ifadəsində isə artıb.
Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 12,7 milyard dollar dəyərində 24,3 milyard kubmetr təbii qaz ixrac edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə təbii qaz ixracı dəyər ifadəsində 13,7 faiz azalıb, miqdar ifadəsində isə 30,7 faiz artıb.
"Qaz qiymətlərində ciddi enmələr var"
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, qaz ixracında dəyər baxımından azalmanın əsas səbəbi İtaliyaya satdığımız qazla bağlıdır: "Bağlanmış müqaviləyə əsasən, Niderlandda olan təbii qaz birjasındakı qiymətlər əsasında İtaliyaya qaz satırıq. İtaliya ən böyük qaz alıcımızdır. Türkiyə və Gürcüstana isə uzun müddətli müqavilələrlə, sabit qiymətlərlə qaz satırıq. Keçən il qaz qiymətləri Ukraynadakı müharibə ilə bağlı kəskin artmışdı. Hətta elə aylar oldu ki, qazın min kubmetri 2500-3000 dollar civarına qalxdı. Keçən ilin sonundan başlayaraq təbii qazın qiymətlərində ciddi enmələr var. Bu il qazın min kubmetrinin orta qiyməti 300-400 dollar olub, yəni qiymət kəskin düşüb. Nəticədə Azərbaycanın xaricə satdığı qazın da qiymətində ucuzlaşma müşahidə olunur. Məsələn, keçən il ölkəmiz qazın min kubmetrini İtaliyaya 600-700 dollara satırdısa, indi bu rəqəm təxminən 400-500 dollar civarındadır. Qiymətin ucuzlaşması ilə bağlı qaz satışından gəlirlər azalıb".
"Miqdar baxımından qaz ixracımız artıb"
"Amma miqdar baxımından təbii qaz ixracımız artıb. Çünki yeni müqavilələrə görə daha çox qaz satmaq öhdəliyimiz də var. Azərbaycanda qaz hasilatı artdıqca Avropaya satdığımız qazın həcmində də artım müşahidə olunur",-deyə o diqqətə çatdırıb.
"Azərbaycan üçün qaz ixracı sərfəlidir"
Ekspert vurğulayıb ki, Azərbaycan üçün təbii qaz ixracı sərfəlidir, çünki bizdə qaz hasilatının maya dəyəri böyük deyil: "Hətta qazın min kubmetri 200-300 dollara satılsa belə ölkəmiz üçün sərfəlidir. Yanvar ayında Avropada qaz qiymətlərində müəyyən artım ola bilər".
"Qazın kəskin ucuzlaşmasının dövlət büdcəsinə ciddi təsiri yoxdur"
İqtisadçı Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, bu il dünya bazarlarında təbii qazın qiymətləri kəskin ucuzlaşıb: "Bu da xaricə qaz satışından gəlirlərimizə təsir göstərib. Keçən il isə qazın qiyməti kəskin artmışdı və bu, gəlirlərimizin ciddi şəkildə artmasına gətirib çıxartmışdı. Ümumiyyətlə, qazın kəskin ucuzlaşması qaz ixracının əhəmiyyətini azaltmır və qaz ixracı ölkəmiz üçün çox sərfəlidir".
İqtisadçı onu da bildirib ki, Azərbaycanın xaricə satdığı qazın kəskin ucuzlaşmasının dövlət büdcəsinə ciddi təsiri yoxdur: "Ümumiyyətlə, neft və qaz qiymətlərinin kəskin artıb-azalmasının dövlət büdcəsinə birbaşa təsiri yoxdur".
Qeyd edək ki, bu ilin 11 ayında Azərbaycandan ümumi ixracın 40,54 faizi qaz ixracının payına düşüb. 2022-ci ilin 11 ayında isə bu göstərici 40,75 faiz təşkil edib.
Xatırladaq ki, cari ilin 11 ayı ərzində Azərbaycanda 44 milyard kubmetr təbii qaz hasil edilib. Ötən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib.