https://sputnik.az/20231227/avstraliyada-guclu-qasirga-insanlarin-heyatina-son-qoyub-461615952.html
Avstraliyada güclü qasırğa insanların həyatına son qoyub
Avstraliyada güclü qasırğa insanların həyatına son qoyub
Sputnik Azərbaycan
Avstraliyada tüğyan edən güclü qasırğa dolu və yağışla dekabrın 26-na keçən gecə Kvinslend ştatına kimi çatıb. 27.12.2023, Sputnik Azərbaycan
2023-12-27T18:23+0400
2023-12-27T18:23+0400
2023-12-27T18:23+0400
qasırğa
hadisə
avstraliya
ştat
viktoriya
ölənlər
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1b/461615786_0:160:3072:1888_1920x0_80_0_0_7d5ad9aba6874f2fbd94b2556b9088d5.jpg
BAKI, 27 dekabr — Sputnik. Avstraliyada güclü qasırğa nəticəsində 9 nəfər həyatını itirib. Bu barədə Rusiya mediası xəbər verib. Bildirilir ki, ölənlər arasında Kvinslend ştatının Gempi şəhərində su axını nəticəsində kanalizasiyada batmış 46 yaşlı qadın da var. Daha 3 nəfər isə göyərtəsində 11 nəfərin olduğu motorlu yaxtanın qəzaya uğramasının qurbanı olub. Yaxta ştatın paytaxtı Brisban yaxınlığında batıb. Hüquq-mühafizə orqanları 8 nəfərin xilas edildiyini, 3 nəfərin isə cəsədinin sonradan tapıldığını bildirir. Ölkənin cənubunda Viktoriya ştatında da ölənlər barədə məlumat verilib, burada bir kişi üzərinə yıxılmış ağacla həyatını itirib, bir qadın isə Bakan şəhəri yaxınlığındakı çadır düşərgəsində sel nəticəsində həlak olub. Avstraliyada tüğyan edən güclü qasırğa dolu və yağışla dekabrın 26-na keçən gecə Kvinslend ştatına kimi çatıb. Daşqınlar Viktoriya ştatında qeydə alınıb. Küləyin sürəti demək olar ki, 30 m/s-ə çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1b/461615786_171:0:2902:2048_1920x0_80_0_0_cee0e5fe5aae7023101c73689197876e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qasırğa, avstraliya, ştat, viktoriya, ölənlər
qasırğa, avstraliya, ştat, viktoriya, ölənlər
Avstraliyada güclü qasırğa insanların həyatına son qoyub
Avstraliyada tüğyan edən güclü qasırğa dolu və yağışla dekabrın 26-na keçən gecə Kvinslend ştatına kimi çatıb.
BAKI, 27 dekabr — Sputnik. Avstraliyada güclü qasırğa nəticəsində 9 nəfər həyatını itirib.
Bu barədə Rusiya mediası xəbər verib.
Bildirilir ki, ölənlər arasında Kvinslend ştatının Gempi şəhərində su axını nəticəsində kanalizasiyada batmış 46 yaşlı qadın da var. Daha 3 nəfər isə göyərtəsində 11 nəfərin olduğu motorlu yaxtanın qəzaya uğramasının qurbanı olub. Yaxta ştatın paytaxtı Brisban yaxınlığında batıb. Hüquq-mühafizə orqanları 8 nəfərin xilas edildiyini, 3 nəfərin isə cəsədinin sonradan tapıldığını bildirir.
Ölkənin cənubunda Viktoriya ştatında da ölənlər barədə məlumat verilib, burada bir kişi üzərinə yıxılmış ağacla həyatını itirib, bir qadın isə Bakan şəhəri yaxınlığındakı çadır düşərgəsində sel nəticəsində həlak olub.
Avstraliyada tüğyan edən güclü qasırğa dolu və yağışla dekabrın 26-na keçən gecə Kvinslend ştatına kimi çatıb. Daşqınlar Viktoriya ştatında qeydə alınıb. Küləyin sürəti demək olar ki, 30 m/s-ə çatıb.