SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

2024-cü ilin ilk aylarında regionda sabit sülhə nail olmaq mümkündür - Abdullahiyan

© Sputnik / Murad Orujovİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan - Sputnik Azərbaycan, 1920, 27.12.2023
Abunə olmaq
Rusiya, Türkiyə və İranın iştirakı ilə məşvərətçi, regional 3+3 platforması çərçivəsində xarici aktorların iştirakı olmadan Ermənistan və Azərbaycan arasında sabit sülhə nail olmaq realdır.
BAKI, 27 dekabr — Sputnik. Ermənistan regionda uzunmüddətli sülhün əldə olunmasına ciddi yanaşır və bu istiqamətdə ciddi addımlar atır. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.
O xatırladıb ki, bir gün əvvəl azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıb, həmçinin iki dəfə Rusiyanın xarici işlər naziri Sergey Lavrova zəng edib.
"2024-cü ilin ilk aylarında regionda sabit sülhə nail olmaq mümkündür. Biz bu məsələyə nikbin yanaşırıq" - iranlı nazir bildirib.
Onun sözlərinə görə, Rusiya, Türkiyə və İranın iştirakı ilə məşvərətçi, regional 3+3 platforması çərçivəsində xarici aktorların iştirakı olmadan Ermənistan və Azərbaycan arasında sabit sülhə nail olmaq realdır.
Xəbər lenti
0