https://sputnik.az/20231226/z-itirmek-ucun-ogurluq-etdiyi-evi-yandirdi-461579072.html
İz itirmək üçün oğurluq etdiyi evi yandırdı
İz itirmək üçün oğurluq etdiyi evi yandırdı
Sputnik Azərbaycan
Bu ilin fevral ayının 2-də Lənkəran rayon Boladi kəndinin ərazisindəki evlərdən birinin yanması və həmin evdən 1 ədəd ov tüfənginin oğurlanması ilə bağlı... 26.12.2023, Sputnik Azərbaycan
2023-12-26T21:15+0400
2023-12-26T21:15+0400
2023-12-26T21:15+0400
oğru
hadisə
yanğın
yanğın
polis
polis
lənkəran şəhər rayon polis şöbəsi
kənd
sakin
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444403187_0:96:3078:1827_1920x0_80_0_0_190ba865f50f65d57419ea7f3abaec88.jpg
BAKI, 26 dekabr — Sputnik. Lənkəranda oğurluq etdiyi evi izi itirmək üçün yandıran şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, bu ilin fevral ayının 2-də Lənkəran rayon Boladi kəndinin ərazisindəki evlərdən birinin yanması və həmin evdən 1 ədəd ov tüfənginin oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində həmin yaşayış evinin Boladi kənd sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Mirzəyev tərəfindən yandırıldığı məlum olub. Belə ki, həmin şəxs həmkəndlisinin evinə gizli yolla daxil olaraq oradan "İJ" markalı ov tüfəngini oğurladıqdan sonra həmin evi yandırıb. Ş.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb və oğurlanan silah aşkarlanaraq maddi sübut kimi götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444403187_347:0:3078:2048_1920x0_80_0_0_946525a8d5c7c9224d72158817ead18f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
oğru, yanğın, yanğın, polis, polis, lənkəran şəhər rayon polis şöbəsi, kənd, sakin
oğru, yanğın, yanğın, polis, polis, lənkəran şəhər rayon polis şöbəsi, kənd, sakin
İz itirmək üçün oğurluq etdiyi evi yandırdı
Bu ilin fevral ayının 2-də Lənkəran rayon Boladi kəndinin ərazisindəki evlərdən birinin yanması və həmin evdən 1 ədəd ov tüfənginin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
BAKI, 26 dekabr — Sputnik. Lənkəranda oğurluq etdiyi evi izi itirmək üçün yandıran şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, bu ilin fevral ayının 2-də Lənkəran rayon Boladi kəndinin ərazisindəki evlərdən birinin yanması və həmin evdən 1 ədəd ov tüfənginin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində həmin yaşayış evinin Boladi kənd sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Mirzəyev tərəfindən yandırıldığı məlum olub. Belə ki, həmin şəxs həmkəndlisinin evinə gizli yolla daxil olaraq oradan "İJ" markalı ov tüfəngini oğurladıqdan sonra həmin evi yandırıb.
Ş.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb və oğurlanan silah aşkarlanaraq maddi sübut kimi götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.