CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yumurtanın qiyməti yenidən bahalaşdı

© AP Photo / Charlie NeibergallYumurta, arxiv şəkli
Yumurta, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.12.2023
Abunə olmaq
Mürvət Həsənli deyib ki, yanvarın 1-dən ƏDV ilə bağlı qərarın müddəti uzadılmasa qiymətlər bahalaşacaq.
BAKI, 26 dekabr — Sputnik. Azərbaycanda yumurtanın qiyməti bahalaşıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Xəbərdə bildirilir ki, yumurtanın bir ədədinin qiymətində iki-üç qəpik qəpik artım var. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a bildirib ki, pərakəndə satışda yumurtanın qiymətinin artmasına səbəb yoxdur.
"Yumurtanın fabrikdən çıxış qiymətində bahalaşma yoxdur. Bir yeşik - 360 ədəd yumurtanın topdan satış qiyməti 53 manatdır. Bu da təxminən yumurtanın bir ədədinin qiymətinin 15 qəpik olması deməkdir. Ölkədə yemin qiymətində, kommunal qiymətlərdə bahalaşma yoxdur. Ona görə də yumurtanın bahalaşmasına səbəb yoxdur. Yumurta iki ay əvvəlki qiymətinə satılır. Fabrikdən çıxışda qiymətlərdə heç bir bahalaşma yoxdur", - deyə M. Həsənli bildirib.
O, deyib ki, hazırda marketlərdə yumurtanın bir ədədi 16-17 qəpikdir.
Amma M. Həsənli yumurtanın qiymətinin bahalaşma ehtimalının hələ də qaldığını söyləyib. Bildirib ki, iki ildir ki, ölkəmizə ixrac edilən soyaya tətbiq edilən ƏDV-nin aradan qaldırılması ilə bağlı qərarın müddəti gələn il yanvar ayının 1-də başa çatır: "Biz hökumətə müraciət etmişik soyaya tətbi edilən ƏDV ilə bağlı qərarın müddəti uzadılsın. Əgər bu ilin yanvar ayının 1-dən müddət uzadılmasa yumurtanın qiyməti bahalaşa bilər".
Topdansatış obyektlərindən isə yumurtanın qiymətinin bahalaşdığını bildirdilər. "Qədim Şamaxı" topdansatış obyektindən Sputnik Azərbaycan-a bildirdilər ki, quşçuluq fabrikləri topdansatışda qiyməti bir neçə gündür ki, artırıb.
"Hazırda 360 ədədlik yumurta yeşiyinin qiyməti topdan satışda 59.90 qəpikdir. Yumurtanın bir ədədi topdansatışda 16.6 qəpikdən hesablanır", deyə topdansatış məntəqəsindən bildirilib.
Alıcılar da Sputnik Azərbaycan-a bildiriblər ki, artıq bəzi marketlərdə bu gündən yumurtanın bir ədədi 18-19 qəpiyə satılır.
"Giləzi" quşçuluq fabrikindən isə Sputnik Azərbaycan-a bildirildi ki, yumurtanın fabrikdən çıxış qiymətində bahalaşma yoxdur. Amma yeni sifarişlər də yanvarın 10-dək qəbul edilmir. Çünki, yumurtaya təlabat son günlər artıb, fabrik Rusiyaya da yumurta ixracına başlayıb: "Hazırda 360 ədədlik bir yeşik yumurtanın fabrikdən çıxış qiyməti 56-57 manatdır. Topdansatış məntəqələri də üzərinə iki-üç manat qoyaraq satır. Amma yeni mağazalardan yanvarın 10-dək sifariş qəbul etmirik. Çünki, Rusiyaya da artıq yumurta ixracına başlamışıq".
Qeyd edək ki, artıq bir neçə gündür ki, Azərbaycandan Rusiya Federasiyasına ərzaqlıq yumurtanın ixracı ilə bağlı əldə olunmuş razılığın icrasına başlanılıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Artıq Azərbaycan Rusiyaya ikinci partiya 306 min ədəd yumurta ixrac edib.
Xəbər lenti
0