Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

TƏBİB-in rəhbərliyi və əməkdaşları qripə qarşı peyvənd olunublar

© Sputnik / Александр Кряжев / Mediabanka keçidTibb işçisi vaksin vurur
Tibb işçisi vaksin vurur - Sputnik Azərbaycan, 1920, 26.12.2023
Abunə olmaq
Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.
BAKI, 26 dekabr — Sputnik. TƏBİB-də mövsümi qrip xəstəliyinə qarşı peyvəndlənmə təşkil olunub. Sputnik Azərbaycan xəbər verir ki, peyvəndlənmə prosesində qurumun rəhbər heyəti və əməkdaşları iştirak ediblər.
İlkin olaraq müvafiq müayinələrdən keçirilən və əks göstərişin qeydə alınmadığı əməkdaşlara peyvənd vurulub.
Qeyd edək ki, ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalıdır. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə müvafiqdir. Mövsümi qrip xəstəliyinə qarşı peyvənd olunma xəstəliklərdən qorunmaq və immun sistemi gücləndirmək üçün tövsiyə olunur.
Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub. Peyvəndin tərkibindəki təsiredici maddəyə və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya olması böyüklərdə və uşaqlarda istifadəsinə əks göstərişdir.
Xəbər lenti
0