https://sputnik.az/20231226/sahibkarlara-yoxlamalarla-bagli-mujde-461582811.html
Sahibkarlara yoxlamalarla bağlı müjdə
Sahibkarlara yoxlamalarla bağlı müjdə
Sputnik Azərbaycan
Vüqar Bayramov bildirib ki, digər mühüm məqam qanunvericiliyə daha öncə edilən dəyişikliklərə əsasən, yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra... 26.12.2023, Sputnik Azərbaycan
2023-12-26T14:09+0400
2023-12-26T14:09+0400
2023-12-26T14:09+0400
sahibkar
iqtisadiyyat
occrp vüqar bayramov
vüqar bayramov
qanunvericilik
yoxlama
yoxlama
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621680_0:120:3214:1928_1920x0_80_0_0_8d642e5f712febb865043e35e50ce5bc.jpg
BAKI, 26 dekabr — Sputnik. Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il artırılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə deputat Vüqar Bayramov öz sosial şəbəkə hesabında bildiirb. "Müəyyən yoxlamalar istisna olunmaqla digər bütün yoxlamalar 2024-cü ildə də dayandırılacaq. Bu müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər". Vüqar Bayramov onu da əlavə edib ki, digər mühüm məqam qanunvericiliyə daha öncə edilən dəyişikliklərə əsasən, yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir. Yəni yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək. Onu da bildirək ki, bu qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621680_242:0:2973:2048_1920x0_80_0_0_16ba046b241ff02b1c21da55d676f7da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
sahibkar, occrp vüqar bayramov, vüqar bayramov, qanunvericilik, yoxlama, yoxlama
sahibkar, occrp vüqar bayramov, vüqar bayramov, qanunvericilik, yoxlama, yoxlama
Sahibkarlara yoxlamalarla bağlı müjdə
Vüqar Bayramov bildirib ki, digər mühüm məqam qanunvericiliyə daha öncə edilən dəyişikliklərə əsasən, yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir.
BAKI, 26 dekabr — Sputnik. Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il artırılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə deputat Vüqar Bayramov öz sosial şəbəkə hesabında bildiirb.
"Müəyyən yoxlamalar istisna olunmaqla digər bütün yoxlamalar 2024-cü ildə də dayandırılacaq. Bu müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər".
Vüqar Bayramov onu da əlavə edib ki, digər mühüm məqam qanunvericiliyə daha öncə edilən dəyişikliklərə əsasən, yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir. Yəni yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək.
Onu da bildirək ki, bu qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minib.