CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnstitut: Azərbaycanda suyun qiymətləndirilməsi ilə bağlı problem var

© AFP 2024 / DANIEL LEAL-OLIVASSu
Su - Sputnik Azərbaycan, 1920, 26.12.2023
Abunə olmaq
Nə qədər ki, Azərbaycanda damcı və çiləmə üzrə zavodu tikilməyib, məhsul istehsal edən kəndçiyə paylanmayıb.
BAKI, 26 dekabr — Sputnik. Azərbaycanda su yox, onun qiymətləndirilməsi ilə bağlı problem var.
Bunu Elm və Təhsil Nazirliyi akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun 2023-cü ilin elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat tədbirində Coğrafiya İnstitutunun direktoru Zakir Eminov bildirib. O qeyd edib ki, artıq dünyanın heç bir yerində açıq suvarma yoxdur:
"Hətta İsrail kimi digər su mənbəyi olmayan ölkədə belə su problemi yoxdur. Azərbaycanda su probleminin olduğunu demək olmaz, suyun qiymətləndirilməsi və sudan səmərəli istifadə yoxdur. Bu istiqamətdə heç bir iş görülmür. Nə qədər ki, Azərbaycanda damcı və çiləmə üzrə zavodu tikilməyib, məhsul istehsal edən kəndçiyə paylanmayıb, su probleminin həlli ilə bağlı danışmağa dəyməz".
Xəbər lenti
0