https://sputnik.az/20231226/nfeksionist-covid-19--un-yeni-stammi-yuksek-yoluxma-qabiliyyetine-malikdir-461586067.html
İnfeksionist: "COVID-19 -un yeni ştammı yüksək yoluxma qabiliyyətinə malikdir"
İnfeksionist: "COVID-19 -un yeni ştammı yüksək yoluxma qabiliyyətinə malikdir"
Sputnik Azərbaycan
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-də COVID-19-un JN.1 variantına yoluxmanın son iki həftədə iki dəfə artdığını açıqlayıb. 26.12.2023, Sputnik Azərbaycan
2023-12-26T17:22+0400
2023-12-26T17:22+0400
2023-12-26T17:37+0400
covid-19
səhiyyə
infeksionist
üst
üst
ümumdünya səhiyyə təşkilatı
ştamm
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424514390_0:0:1025:577_1920x0_80_0_0_f815a95f2da61c5c47ee87484ae034f9.jpg
BAKI, 26 dekabr — Sputnik. Həkim-infeksionist Mərdan Əliyev COVID-19 virusunun yeni ştamının yüksək yoluxma qabiliyyətinə malik olduğunu bildirib. O deyib ki, son vaxtlar COVID-19 virusunun yeni ştammları yaranıb: "Bu virus yeni ştamların yaranmasına daha çox meyillidir. Son vaxtlar da mutasiyaya uğrayaraq yeni variantları meydana çıxıb. Bu cür infeksiyalara yoluxma payız-qış aylarında daha da artır, yaz-yay aylarında isə yoluxma qabiliyyəti azalır". M.Əliyev bundan sonra da payız-qış aylarında yoluxmanın artacağını vurğulayıb: "Virusun yeni JN.1 ştamı da yüksək yoluxma qabiliyyətinə malikdir. Ştamın tam xüsusiyyəti bəlli deyil, lakin ishalın digər viruslara nisbətən daha çox olduğu bildirilir. Ştamın sürətlə yayılması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) diqqətini çəkib". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-də COVID-19-un JN.1 variantına yoluxmanın son iki həftədə iki dəfə artdığını açıqlayıb. Ölkədə virus infeksiyasına yoluxanların 44%-də məhz bu ştam aşkarlanıb, xəstəxanada müalicəyə götürülənlərin sayında 10,4%-lik artım var. Əsas səbəb kimi amerikalılarda vaksinasiya prosesində aktivliyin azalması göstərilir. ÜST JN.1 ştamının dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan və Çində də aşkarlandığını bəyan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424514390_0:0:909:682_1920x0_80_0_0_8a3378e79b877910728a738ff6be6d40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
covid-19, infeksionist, üst, üst, ümumdünya səhiyyə təşkilatı, ştamm
covid-19, infeksionist, üst, üst, ümumdünya səhiyyə təşkilatı, ştamm
İnfeksionist: "COVID-19 -un yeni ştammı yüksək yoluxma qabiliyyətinə malikdir"
17:22 26.12.2023 (Yenilənib: 17:37 26.12.2023) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-də COVID-19-un JN.1 variantına yoluxmanın son iki həftədə iki dəfə artdığını açıqlayıb.
BAKI, 26 dekabr — Sputnik. Həkim-infeksionist Mərdan Əliyev COVID-19 virusunun yeni ştamının yüksək yoluxma qabiliyyətinə malik olduğunu bildirib.
O deyib ki, son vaxtlar COVID-19 virusunun yeni ştammları yaranıb: "Bu virus yeni ştamların yaranmasına daha çox meyillidir. Son vaxtlar da mutasiyaya uğrayaraq yeni variantları meydana çıxıb. Bu cür infeksiyalara yoluxma payız-qış aylarında daha da artır, yaz-yay aylarında isə yoluxma qabiliyyəti azalır".
M.Əliyev bundan sonra da payız-qış aylarında yoluxmanın artacağını vurğulayıb: "Virusun yeni JN.1 ştamı da yüksək yoluxma qabiliyyətinə malikdir. Ştamın tam xüsusiyyəti bəlli deyil, lakin ishalın digər viruslara nisbətən daha çox olduğu bildirilir. Ştamın sürətlə yayılması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) diqqətini çəkib".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-də COVID-19-un JN.1 variantına yoluxmanın son iki həftədə iki dəfə artdığını açıqlayıb. Ölkədə virus infeksiyasına yoluxanların 44%-də məhz bu ştam aşkarlanıb, xəstəxanada müalicəyə götürülənlərin sayında 10,4%-lik artım var. Əsas səbəb kimi amerikalılarda vaksinasiya prosesində aktivliyin azalması göstərilir.
ÜST JN.1 ştamının dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan və Çində də aşkarlandığını bəyan edib.