SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramovun İran XİN rəhbəri ilə telefon danışığı olub

© Photo : Twitter / Jeyhun BayramovCeyhun Bayramov və Hüseyn Əmir Abdullahian
Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian - Sputnik Azərbaycan, 1920, 26.12.2023
Abunə olmaq
Bu barədə XİN məlumat yayıb.
BAKI, 26 dekabr - Sputnik. Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı olub.
Bu barədə XİN məlumat yayıb.
Məlumata görə, dekabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Xəbər lenti
0