CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün hansı əlamətdar hadisələr baş verib: 26 dekabr

© Sputnik / Elnur Salayev26 dekabr
26 dekabr - Sputnik Azərbaycan, 1920, 26.12.2023
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 26 dekabr — Sputnik. Dekabrın 26-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib.
Bu gün də tarixə düşən bəzi hadisələr baş verib.
Dekabrın 26-da kimlər anadan olub?
Əminə Dilbazi (1919-2010) - Azərbaycan rəqqasəsi, xoreoqrafı, Azərbaycan SSR xalq artistidir. O, "İnnabı", "Tərəkəmə", "Mirzayi", "Turacı", "Naz eləmə" rəqslərinin misilsiz ifaçısıdır.
© Sputnik / Maksim Blinov / Mediabanka keçidMixail Boyarski, arxiv
Актёр Михаил Боярский выступает на праздновании Дня каскадера в московском Доме Кино - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Mixail Boyarski, arxiv
Lars Ulrix (1963) - amerikalı rok musiqiçisi, barabançısı, "Metallica" qrupunun yaradıcılarından biridir.
Jared Leto (1971) - ABŞ-ın rok musiqiçisi və aktyorudur. O, "Thirty Seconds to Mars" alternativ rok qrupunun vokalistidir.
Kit Harinqton (1986) – İngiltərənin teatr və kino aktyorudur. "Game of Thrones" serialında Con Snou rolunu canlandırıb.
Dekabrın 26-da dünyada baş verən tarixi hadisələr
1805-ci ildə Austerlits döyüşündə Avstriya və Rusiyanın məğlubiyyətindən sonra Presburq sülhü imzalannıb. Ona görə Avstriya Napoleona İtaliya kralı olaraq Venesiya vilayətini, İstriyanı (Triestdən başqa) və Dalmatiyanı verib. İtaliyadakı bütün fransız işğallarını tanıyıb. Bundan əlavə, Avstriya Napoleonun Almaniyadakı əsas müttəfiqlərinin hakimiyyəti altına keçən Karintiyanın qərbindəki bütün mülklərindən məhrum edilib.
1825-ci ildə Rusiya imperiyasının paytaxtı Sankt-Peterburqda dekabristlərin üsyanı kimi tanınan dövlət çevrilişinə cəhd edilib.
1898-ci ildə fransız alimləri Mariya və Pyer Kyuri Dmitri Mendeleyevin kimyəvi elementlərin dövri cədvəlində 88-ci element olan radiumu kəşf ediblər. Təxminən 0,1 q təmiz radium əldə etmək üçün Kyurinin bir ton uran filizinə ehtiyacı olub.
1919-cu ildə RSFSR Xalq Komissarları Şurası "RSFSR-də savadsızlığın aradan qaldırılması haqqında" dekret qəbul edib, buna görə Sovet Rusiyasının 8 yaşından 50 yaşa qədər oxuyub-yazmağı bilməyən bütün əhalisi ana dilində və ya rus dilində oxumağı və yazmağı öyrənməyə borcludur (dil seçimi istəyə görədir).
1946-cı ildə Las-Veqasda "Flamingo" adlanan ilk kazino açılıb.
1968-ci ildə "Ostankino" televiziya qülləsinin tikintisi başa çatıb.
1991-ci ildə SSRİ Ali Sovetinin Respublikalar Şurası Müstəqil Dövlətlər Birliyinin yaranması ilə əlaqədar SSRİ-nin mövcudluğuna xitam verilməsi haqqında bəyannamə qəbul edib. Həmin gün Kremldə SSRİ-nin qırmızı bayrağı endirilib. İttifaqın dağılması ilə onun tərkibində olan on beş respublika müstəqillik əldə edib.
2004-cü ildə Hind okeanında baş verən 9,5 bal gücündə zəlzələdən sonra yaranan sunami Şri-Lanka, Tayland, Malayziya və Somalidə 230 min insanın həyatına son qoyub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0