https://sputnik.az/20231226/azerbaycanli-deputatlar-xursidbanu-natevanin-heykeline-qarsi-barbarligi-pisleyibler-461600522.html
Azərbaycanlı deputatlar Xurşidbanu Natəvanın heykəlinə qarşı barbarlığı pisləyiblər
Azərbaycanlı deputatlar Xurşidbanu Natəvanın heykəlinə qarşı barbarlığı pisləyiblər
Sputnik Azərbaycan
Hikmət Babaoğlu bildirib ki, Fransada Natəvanın heykəlinə qarşı barbarlıq edilib. 26.12.2023, Sputnik Azərbaycan
2023-12-26T22:13+0400
2023-12-26T22:13+0400
2023-12-26T22:13+0400
xurşidbanu natəvan
mədəniyyət
fransa
abidə
deputat
deputatlar
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427507_0:0:3068:1727_1920x0_80_0_0_b0c2335d25b02d787a2080660e2f9328.jpg
BAKI, 26 dekabr - Sputnik. Azərbaycan deputatları Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı barbarlığı pisləyiblər. Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib ki, Azərbaycan son zamanlar beynəlxalq platformalarda çox mühüm fəaliyyət aparır. Deputat bildirib ki, Fransada Azərbaycan parkında yazılar silinib, Xurşidbanu Natəvanın heykəlinə qarşı təhqiramiz addımlar atılıb: “Dünyada mədəni irsin qorunmasına cavabdeh olan UNESCO-ya ev sahibliyini Fransa edir. Fransa insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və digər ölkələrə dərs keçəcək axırıncı ölkədir. Fransa Polineziyası deyilən məkanda 60-cı ildən üzü bəri Fransa 200-dən çox nüvə silahının sınağını keçirib”. Deputat Hikmət Babaoğlu isə bildirib ki, Fransada Natəvanın heykəlinə qarşı barbarlıq edilib: "Amma Fransa 44 günlük müharibədə əleyhimizə bəyanatlar səsləndirəndə bizdən heç kim Hüqonun əsərlərini yandırmadı. Çünki Azərbaycan mədəni xalqdır". Deputat Sahib Alıyev də Fransada Azərbaycan parkına qarşı addımları pisləyib: "Bu, barbarca hərəkətdir. Sevgi şəhəri Paris yox, Şuşadır. Sevənlər sevdiyini Parisə yox, Şuşaya aparsın”. Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının sözügedən məsələ ilə bağlı bəyanatında deyilib ki, Fransanın Evian şəhərində Xurşidbanu Natəvanın abidəsinin yerləşdiyi park ətrafında yaranmış vəziyyət fransız cəmiyyətini çulğalayan Azərbaycanofobiyanın artıq absurd səviyyəyə çatdığını göstərir. Qərbi Azərbaycan İcması bu vandalizm əməlini, mədəni irsin dağıdılmasını, İslamofob hərəkəti kəskin şəkildə pisləyir və UNESCO-nu məsələyə dərhal reaksiya verməyə çağırır. “İşğal dönəmində Natəvanın məzarı dağıdılmışdı. Bu gün Fransada Natəvanın abidəsinin sökülməsi təhlükəsi erməni və fransız cəmiyyətinin hansı “ortaq dəyərlər”ə malik olmasını nümayiş etdirir. Azərbaycanı Qarabağda guya “erməni irsini dağıtmaq”da ittiham edən irqçi fransız siyasətçilər, deputatlar, merlər, jurnalistlər xəcalət hissi keçirməlidir. Lakin irqçilik mərəzindən qurtula bilməyən Fransanın nə etməsindən asılı olmayaraq, bu gün xan qızı Natəvanın ruhu şaddır. Şuşa da, Xankəndi də, onun dəfn edildiyi Ağdam da, bütün Qarabağ azaddır”, - deyə Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427507_337:0:3068:2048_1920x0_80_0_0_5dab11ab1cc3ec650b1836c96d8967c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xurşidbanu natəvan, fransa, abidə, deputat, deputatlar
xurşidbanu natəvan, fransa, abidə, deputat, deputatlar
Azərbaycanlı deputatlar Xurşidbanu Natəvanın heykəlinə qarşı barbarlığı pisləyiblər
Hikmət Babaoğlu bildirib ki, Fransada Natəvanın heykəlinə qarşı barbarlıq edilib.
BAKI, 26 dekabr - Sputnik. Azərbaycan deputatları Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı barbarlığı pisləyiblər.
Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib ki, Azərbaycan son zamanlar beynəlxalq platformalarda çox mühüm fəaliyyət aparır.
Deputat bildirib ki, Fransada Azərbaycan parkında yazılar silinib, Xurşidbanu Natəvanın heykəlinə qarşı təhqiramiz addımlar atılıb: “Dünyada mədəni irsin qorunmasına cavabdeh olan UNESCO-ya ev sahibliyini Fransa edir. Fransa insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və digər ölkələrə dərs keçəcək axırıncı ölkədir. Fransa Polineziyası deyilən məkanda 60-cı ildən üzü bəri Fransa 200-dən çox nüvə silahının sınağını keçirib”.
Deputat Hikmət Babaoğlu isə bildirib ki, Fransada Natəvanın heykəlinə qarşı barbarlıq edilib: "Amma Fransa 44 günlük müharibədə əleyhimizə bəyanatlar səsləndirəndə bizdən heç kim Hüqonun əsərlərini yandırmadı. Çünki Azərbaycan mədəni xalqdır".
Deputat Sahib Alıyev də Fransada Azərbaycan parkına qarşı addımları pisləyib: "Bu, barbarca hərəkətdir. Sevgi şəhəri Paris yox, Şuşadır. Sevənlər sevdiyini Parisə yox, Şuşaya aparsın”.
Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının sözügedən məsələ ilə bağlı bəyanatında deyilib ki, Fransanın Evian şəhərində Xurşidbanu Natəvanın abidəsinin yerləşdiyi park ətrafında yaranmış vəziyyət fransız cəmiyyətini çulğalayan Azərbaycanofobiyanın artıq absurd səviyyəyə çatdığını göstərir.
Qərbi Azərbaycan İcması bu vandalizm əməlini, mədəni irsin dağıdılmasını, İslamofob hərəkəti kəskin şəkildə pisləyir və UNESCO-nu məsələyə dərhal reaksiya verməyə çağırır.
“İşğal dönəmində Natəvanın məzarı dağıdılmışdı. Bu gün Fransada Natəvanın abidəsinin sökülməsi təhlükəsi erməni və fransız cəmiyyətinin hansı “ortaq dəyərlər”ə malik olmasını nümayiş etdirir. Azərbaycanı Qarabağda guya “erməni irsini dağıtmaq”da ittiham edən irqçi fransız siyasətçilər, deputatlar, merlər, jurnalistlər xəcalət hissi keçirməlidir. Lakin irqçilik mərəzindən qurtula bilməyən Fransanın nə etməsindən asılı olmayaraq, bu gün xan qızı Natəvanın ruhu şaddır. Şuşa da, Xankəndi də, onun dəfn edildiyi Ağdam da, bütün Qarabağ azaddır”, - deyə Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.