Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

AZAL bir sıra istiqamətlər üzrə təyyarə biletlərinə endirim edib

© AFP 2023 / OZAN KOSEAZAL təyyarəsi
AZAL təyyarəsi - Sputnik Azərbaycan, 1920, 26.12.2023
Abunə olmaq
Təklif yüksək tələbat dövrü istisna olmaqla, 15 yanvar-25 may tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil edilir.
BAKI, 26 dekabr - Sputnik. "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan bir sıra məşhur istiqamətlər üzrə endirim aksiyasına start verib.
AZAL-ın Mətbuat Xidmətinin yaydığı məlumata görə, endirimli aviabiletləri bu gündən başlayaraq dekabrın 29-na qədər əldə etmək olar.
Aksiya çərçivəsində Bakıdan Mineralnıye Vodı, Həştərxan, Volqoqrad, Samara, Soçi, Ufa və Minsk şəhərlərinə aviabiletlərin qiyməti bir tərəfə 79 manatdan, hər iki istiqamətdə isə 149 manatdan başlayır.
Moskva (Vnukovo və Domodedovo hava limanları), Kazan, Yekaterinburq, Sankt-Peterburq, Novosibirsk, Almatı və Astana şəhərlərinə aviabiletləri bir tərəfə 129 manatdan, hər iki istiqamətdə isə 249 manatdan başlayan qiymətlərlə əldə etmək mümkündür.
Təklif yüksək tələbat dövrü istisna olmaqla, 15 yanvar-25 may tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil edilir. Endirimli aviabiletlərin sayı məhduddur.
Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
Xəbər lenti
0