Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

TƏBİB-dən ana ölümü ilə bağlı açıqlama

© iStock.com / PekicHamilə qadın
Hamilə qadın - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Abunə olmaq
Cəsəd təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
BAKI, 25 dekabr — Sputnik. TƏBİB İsmayıllıda baş verən ana ölümü ilə bağlı açıqlama verib. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 1992-ci il təvəllüdlü İsmayıllı rayon, Qubaxəlilli kənd sakini Əhmədova Ülviyyə Hacı qızı 23 dekabr saat 10:20-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında keysəriyyə əməliyyatı olunub.
Xəstənin əməliyyatdan sonra vəziyyəti qənaətbəxş olub. Lakin 24 dekabr səhər saatlarında ölüm faktı qeydə alınıb. Ölüm halı ilə bağlı TƏBİB-in müvafiq komissiyası tərəfindən araşdırma aparılır.
Onu da qeyd edək ki, cəsəd təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Qeyd edək ki, 31 yaşlı qadının ölümü barədə Baş Prokurorluq tərəfindən də araşdırılma aparılır. Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə qeysəriyyə əməliyyatı olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0