Serbiyada iğtişaşlar: etirazçılar Belqrad meriyasına hücum ediblər
Serbiyada iğtişaşlar: etirazçılar Belqrad meriyasına hücum ediblər
Sputnik Azərbaycan
Serbiyada etirazlar 46,7% səs toplayan "Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır" koalisiyasının qalib gəldiyi parlament seçkilərindən sonra başlayıb. 25.12.2023, Sputnik Azərbaycan
BAKI, 25 dekabr — Sputnik. 23,69% səs toplayan müxalifət hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edib. Bu yaxınlarda "Serbiya zorakılığa qarşı" müxalifət blokunun nümayəndələri Belqrad administrasiyasının binasını mühasirəyə alıblar. Etirazçılar seçkinin nəticələrinin ləğv edilməsini tələb ediblər. Binaya hücum etmək üçün 2,5 minə yaxın insan gəlib. İğtişaşlar nəticəsində 35-dən çox adam saxlanılıb. Bundan əlavə, binaya hücum edən digər iştirakçıların axtarışı davam etdirilir. Etiraz aksiyasının iştirakçıları polislərə daş və butulkalar atıblar. Nəticədə hüquq-mühafizə orqanının iki əməkdaşına ağır bədən xəsarətləri diaqnozu qoyulub. Etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Serbiyada etirazlar 46,7% səs toplayan "Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır" koalisiyasının qalib gəldiyi parlament seçkilərindən sonra başlayıb.
BAKI, 25 dekabr — Sputnik. 23,69% səs toplayan müxalifət hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edib. Bu yaxınlarda "Serbiya zorakılığa qarşı" müxalifət blokunun nümayəndələri Belqrad administrasiyasının binasını mühasirəyə alıblar. Etirazçılar seçkinin nəticələrinin ləğv edilməsini tələb ediblər.
Binaya hücum etmək üçün 2,5 minə yaxın insan gəlib. İğtişaşlar nəticəsində 35-dən çox adam saxlanılıb. Bundan əlavə, binaya hücum edən digər iştirakçıların axtarışı davam etdirilir.
Etiraz aksiyasının iştirakçıları polislərə daş və butulkalar atıblar. Nəticədə hüquq-mühafizə orqanının iki əməkdaşına ağır bədən xəsarətləri diaqnozu qoyulub. Etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib.