https://sputnik.az/20231225/peskov-ucuncu-quvvelerin-belqradda-igtisaslar-toretmek-cehdleri-var-461560513.html
Peskov: Üçüncü qüvvələrin Belqradda iğtişaşlar törətmək cəhdləri var
Peskov: Üçüncü qüvvələrin Belqradda iğtişaşlar törətmək cəhdləri var
Sputnik Azərbaycan
Rusiya Prezidentinin mətbut katibi vurğulayıb ki, Serbiyanın daxili qanunvericiliyi, seçki orqanları var və seçkilərin legitimliyinə şübhə yarada biləcək hər... 25.12.2023, Sputnik Azərbaycan
2023-12-25T16:42+0400
2023-12-25T16:42+0400
2023-12-25T16:42+0400
dmitri peskov
rusiya
serbiya
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456156380_0:26:3071:1753_1920x0_80_0_0_47d35b9212941805c50c77ed7ecf1d7c.jpg
BAKI, 25 dekabr — Sputnik. Kreml Serbiyadakı etirazların arxasında "üçüncü" qüvvələrin dayandığına inanır və Serbiya rəhbərliyinin ölkədə qanunun aliliyini təmin edəcəyinə əmindir. Bu barədə Rusiya Prezidentinin mətbut katibi Dmitri Peskov bildirib. "Xaricdən Belqradda iğtişaşlar törətmək üçün cəhdlər var. Biz bunu müşahidə edirik. Serbiya rəhbərliyinin ölkədə qanunun aliliyini təmin edəcəyinə heç bir şübhəmiz yoxdur", - deyə bildirib. Peskov vurğulayıb ki, Serbiyanın daxili qanunvericiliyi, seçki orqanları var və seçkilərin legitimliyinə şübhə yarada biləcək hər hansı pozuntu qeydə almayan müşahidəçilər də var. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, kollektiv Qərbin "Maydan çevrilişləri" üsullarından istifadə edərək Serbiyada vəziyyəti dəyişmək cəhdləri göz qabağındadır. Serbiyanın baş naziri Ana Brnabiç deyib ki, Rusiya kəşfiyyatı Belqradı gözlənilən iğtişaşlarla bağlı əvvəlcədən xəbərdar edib. "Serbiyanın müdafiəsinə qalxan və bizimlə sahib olduğu bütün bu məlumatları paylaşan Rusiya kəşfiyyatçılarına təşəkkür etmək vacibdir", - Serbiya baş naziri deyib. Brnabiçin sözlərinə görə, bir çox Qərb diplomatları iğtişaşlara hazırlıq haqqında məlumatlı idilər, ancaq kömək etmək istəməyiblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20231225/rusiya-sefiri-vucicle-belqraddaki-etirazlari-muzakire-edib-461560847.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456156380_309:0:3040:2048_1920x0_80_0_0_a0cbcc20bbb3982e05ef41876e0f1d0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, serbiya
Peskov: Üçüncü qüvvələrin Belqradda iğtişaşlar törətmək cəhdləri var
Rusiya Prezidentinin mətbut katibi vurğulayıb ki, Serbiyanın daxili qanunvericiliyi, seçki orqanları var və seçkilərin legitimliyinə şübhə yarada biləcək hər hansı pozuntu qeydə almayan müşahidəçilər də var.
BAKI, 25 dekabr — Sputnik. Kreml Serbiyadakı etirazların arxasında "üçüncü" qüvvələrin dayandığına inanır və Serbiya rəhbərliyinin ölkədə qanunun aliliyini təmin edəcəyinə əmindir. Bu barədə Rusiya Prezidentinin mətbut katibi Dmitri Peskov bildirib.
"Xaricdən Belqradda iğtişaşlar törətmək üçün cəhdlər var. Biz bunu müşahidə edirik. Serbiya rəhbərliyinin ölkədə qanunun aliliyini təmin edəcəyinə heç bir şübhəmiz yoxdur", - deyə bildirib.
Peskov vurğulayıb ki, Serbiyanın daxili qanunvericiliyi, seçki orqanları var və seçkilərin legitimliyinə şübhə yarada biləcək hər hansı pozuntu qeydə almayan müşahidəçilər də var.
"Baş verən hər şey sırf Serbiyanın daxili məsələsidir. Serbiyanın qanuni rəhbərliyi var və bizim fikrimizcə, onlar bütün lazımi tədbirləri görməyə qadirdir. Biz heç vaxt heç kimin daxili işlərinə qarışmamışıq və qarışmaq niyyətində deyilik", - Peskov əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, kollektiv Qərbin "Maydan çevrilişləri" üsullarından istifadə edərək Serbiyada vəziyyəti dəyişmək cəhdləri göz qabağındadır.
"Ölkə konstitusiyasınıa ciddi riayət etmək, öz ölkəsinin milli maraqlarına səs verən serb xalqının seçiminə hörmət etmək yeganə mümkün reaksiyadır", - deyə diplomat bildirib.
Serbiyanın baş naziri Ana Brnabiç deyib ki, Rusiya kəşfiyyatı Belqradı gözlənilən iğtişaşlarla bağlı əvvəlcədən xəbərdar edib.
"Serbiyanın müdafiəsinə qalxan və bizimlə sahib olduğu bütün bu məlumatları paylaşan Rusiya kəşfiyyatçılarına təşəkkür etmək vacibdir", - Serbiya baş naziri deyib.
Brnabiçin sözlərinə görə, bir çox Qərb diplomatları iğtişaşlara hazırlıq haqqında məlumatlı idilər, ancaq kömək etmək istəməyiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.