Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya səfiri Vuçiçlə Belqraddakı etirazları müzakirə edib

© AP Photo / Darko VojinovicSerbiyada etirazlar
Serbiyada etirazlar - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Abunə olmaq
Aleksandr Bokan-Harçenko Vuçiçə sovet diplomatı Anatoli Dobrıninin "Tam məxfi. Vaşinqtonda altı ABŞ prezidentinin yanında səfir. 1962-1986" kitabını hədiyyə edib.
BAKI, 25 dekabr — Sputnik. Rusiyanın Serbiyadakı səfiri Aleksandr Bokan-Harçenko bildirib ki, bu gün Serbiya lideri Aleksandr Vuçiçlə görüşündə Belqraddakı hazırkı etirazlar və Rusiya-Serbiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.

"Vurğulamaq istəyirəm ki, bir müddət əvvəl görüşmək barədə razılığa gəlmişik. Bu görüş təkcə dünən və bir neçə gün əvvəl baş verən hadisələrlə bağlı deyildi. Mən müxalifətin etirazlarını nəzərdə tuturam. Baxmayaraq ki, bu mövzu əsas müzakirə olunanlardan biri oldu. Eyni zamanda biz ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə kifayət qədər təfərrüatlı şəkildə toxunmuşuq", - diplomat "Rossiya-24" telekanalının efirində bildirib.

Aleksandr Bokan-Harçenko qeyd edib ki, görüş zamanı Vuçiç mövcud vəziyyətə baxmayaraq, irəliyə baxdığını və partiyasının seçkiqabağı dövrdə açıqladığı planların və verdiyi vədlərin həyata keçirilməsi niyyətində olduğunu bildirib.
Görüş təxminən bir saat davam etdi. Aleksandr Bokan-Harçenko Vuçiçə sovet diplomatı Anatoli Dobrıninin "Tam məxfi. Vaşinqtonda altı ABŞ prezidentinin yanında səfir. 1962-1986" kitabını hədiyyə edib.
Belqradda etirazlar
Dekabrın 24-də Belqradın mərkəzində Serbiya Seçki Komissiyasının binası yaxınlığında dekabrın 18-də axşam saatlarında silsilə mitinqlərə başlayan "Serbiya zorakılığa qarşı" müxalifət blokunun nümayəndələri şəhər administrasiyasının binasına basqın etməyə cəhd ediblər. Etirazçılar qapını qırmaq üçün bayraq dirəklərindən istifadə edib, həmçinin pəncərələri sındırıblar. Onlar həmçinin müşahidə kameralarını da məhv ediblər. Gecə yarısına yaxın polis Belqrad administrasiyası yaxınlığındakı meydana gəlib və etirazçıları dağıdıb.
Serbiya prezidenti də öz növbəsində xəbərdarlıq edib ki, müxalifətin etirazları və təxribat xarakterli bəyanatları heç bir nəticə verməyəcək, çünki ölkədə hakimiyyət ancaq seçkilərdə dəyişir. Onun sözlərinə görə, nə etsələr də, zorakılıqla hakimiyyət dəyişikliyi olmayacaq. Serbiya rəhbərliyinin əleyhdarları Belqrad şəhər assambleyasına keçirilən seçkilərdə hakim partiyanın rəhbərlik etdiyi koalisiyanın qələbəsi ilə razı olmadıqlarını bəyan edirlər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, kollektiv Qərbin "Maydan çevrilişləri" üsullarından istifadə edərək Serbiyada vəziyyəti dəyişmək cəhdləri göz qabağındadır.

"Ölkə konstitusiyasınıa ciddi riayət etmək, öz ölkəsinin milli maraqlarına səs verən serb xalqının seçiminə hörmət etmək yeganə mümkün reaksiyadır", - deyə diplomat bildirib.

Serbiyanın baş naziri Ana Brnabiç deyib ki, Rusiya kəşfiyyatı Belqradı gözlənilən iğtişaşlarla bağlı əvvəlcədən xəbərdar edib.

"Serbiyanın müdafiəsinə qalxan və bizimlə sahib olduğu bütün bu məlumatları paylaşan Rusiya kəşfiyyatçılarına təşəkkür etmək vacibdir", - Serbiya baş naziri deyib.

Brnabiçin sözlərinə görə, bir çox Qərb diplomatları iğtişaşlara hazırlıq haqqında məlumatlı idilər, ancaq kömək etmək istəməyiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0