CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Köhnə taksilər arxivə qovuşur - gələn ildən tədbirlər görüləcək

© AFP 2024 / EMMANUEL DUNAND taksi
 taksi - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Abunə olmaq
Ekspertin fikrincə, ətraf mühiti qorumaq üçün taksilərin istismar müddətinə diqqət yetirilməlidir.
BAKI, 25 dekabr — Sputnik. Azərbaycanda taksi fəaliyyəti göstərən avtomobillər, xüsusən də istismar ili ilə bağlı tələblər Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək qaydalardan sonra bəlli olacaq. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilib.
Bu günlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev mətbuata açıqlamasında bildirib ki, Bakıda taksilərin 60 faizinin yaşı 15 ildən çoxdur. Bakıda yaşı 5 ilə qədər olan taksilər 7 faiz, yaşı 5-10 il olan taksilər 10 faiz, 10-15 il olanlar isə 21 faiz təşkil edir".
© Sputnik / Fuad Hasanov taksi
Такси в Баку - Sputnik Azərbaycan, 1920, 21.12.2023
taksi
Onun sözlərinə görə, yaşı 15-20 il olan taksilər 42 faiz, yaşı 20 ildən çox olan taksilər isə 20 faizdir.
Nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a bildirib ki, taksi avtomobillərinin yoxlanılması ilə bağlı gələn ildən müvafiq addımların atılması gözlənilir. Taksi xidməti göstərən avtomobillərinin çoxunun istehsal ili köhnədir.
"Taksilər çox səfərlər edirlər. Ətraf mühitə də daha çox ziyan vurmuş olurlar. Ona görə də, taksilərlə bağlı müəyyən standartlar qorunmalıdır. Ətraf mühiti qorumaq üçün taksilərin istismar müddətinə diqqət yetirilməlidir".
E.Muradlı əlavə edib ki, bu gün ölkəmizdə1 milyon 600 mindən artıq avtomobil var ki, onların 700 minə yaxınını 20 ildən yuxarı avtomobillər təşkil edir. 500 mini isə 10 ildən yuxarı avtomobillərdir. Yerdə qalanı 10 ilə qədər olan avtomobillər təşkil edir.
"Bu gün yaşı 20 ildən çox olan avtomobillər əsasən taksi məqsədilə istifadə olunur. Belə olan halda bu istiqamətdə müəyyən qərarların verilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, taksi avtomobilləri gün ərzində ən azı 25, fərdi avtomobillər isə gün ərizində üç gediş edir. Ona görə də, taksi ətraf mühitə daha çox zərərli qazlar atır" - ekspert deyib.
E.Muradlı onu da qeyd edib ki, köhnə avtomobillərin qəza riski daha çoxdur. Ona görə də, taksi xidmətində daha çox saz vəziyyətdə olan, ili təzə avtomobillərdən istifadə edilməlidir.
Xəbər lenti
0