CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hacıqabulda insan sümükləri tapılıb: soyqırım qurbanlarına aid olduğu ehtimal edilir

© Sputnik / Murad Orujovİnsan sümükləri, arxiv şəkli
İnsan sümükləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Abunə olmaq
Belə ki, kənd sakinlərindən biri təsadüfən çayın yaxınlığındakı qurumuş arxdan keçərkən insana məxsus kəllə, çanaq və digər sümüklər aşkarlayıb.
BAKI, 25 dekabr — Sputnik. Hacıqabul rayonunda insan sümükləri aşkarlanıb. Hadisə rayonun Qubalı Baloğlan kəndinin ərazisindən keçən Pirsaatçay çayı yaxınlığında qeydə alınıb.
Belə ki, kənd sakinlərindən biri təsadüfən çayın yaxınlığındakı qurumuş arxdan keçərkən insana məxsus kəllə, çanaq və digər sümüklər aşkarlayıb. İnsan sümükləri aidiyyəti qurumlara təhvil verilib.
Tarixçilər ərazidə tapılan insan sümüklərinin 31 Mart soyqırımının qurbanlarına aid olduğunu ehtimal ediblər. Onların fikrincə, 1918-ci il Mart soyqırımı zamanı daşnak komandiri Lalayanın dəstəsi tərəfindən rayonun bir sıra yaşayış məntəqələrində olduğu kimi, Qubalı Baloğlan kəndində də dinc əhaliyə qarşı qətliamlar törədilib. O zaman kənddə 500-dən çox dinc sakin qətlə yetirilib.
Tarixçilər hesab edir ki, sözügedən ərazidə arxeoloji qazıntılar aparılsa, kütləvi məzarlığın aşkarlanması qaçılmazdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0