https://sputnik.az/20231225/ermenistan-xn-azerbaycandan-teklifler-aldiqlarini-tesdiqledi-461568032.html
Ermənistan XİN Azərbaycandan təkliflər aldıqlarını təsdiqlədi
Ermənistan XİN Azərbaycandan təkliflər aldıqlarını təsdiqlədi
Sputnik Azərbaycan
Nazir bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb. 25.12.2023, Sputnik Azərbaycan
2023-12-25T19:07+0400
2023-12-25T19:07+0400
2023-12-25T19:07+0400
siyasət
ceyhun bayramov
sülh sazişi
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_0:312:3001:2000_1920x0_80_0_0_823993eb7b703da1c7df2d0caed59cba.jpg
BAKI, 25 dekabr — Sputnik. "Sülh müqaviləsi hər şeyin 100 faiz həlli demək deyil". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "AzTV"yə müsahibəsində bildirib. Onun sözlərinə görə, sülh müqaviləsi ilə bağlı bütün əhəmiyyətli təşəbbüslərin müəllifi məhz Azərbaycandır: Nazir bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb: Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan TASS-a çaıqlamasında bildirib ki, Ermənistan Azərbaycandan sülh sazişi ilə bağlı təkliflərin yeni variantını alıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_154:0:2821:2000_1920x0_80_0_0_9b4e1cbd0712c845ede8c4e3bdfccac8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, sülh sazişi, ermənistan, azərbaycan
ceyhun bayramov, sülh sazişi, ermənistan, azərbaycan
Ermənistan XİN Azərbaycandan təkliflər aldıqlarını təsdiqlədi
Nazir bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb.
BAKI, 25 dekabr — Sputnik. "Sülh müqaviləsi hər şeyin 100 faiz həlli demək deyil". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "AzTV"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsi ilə bağlı bütün əhəmiyyətli təşəbbüslərin müəllifi məhz Azərbaycandır:
"Proses bir tərəfin istəyindən, arzusundan asılı deyil. Burada hər iki tərəfin müvafiq addımlar atması önəmlidir. Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səslənən ismarışları diqqətlə izləyirik. Müəyyən pozitiv ismarışları da eşidirik. Ancaq pozitiv sözlərin və ismarışların verilməsi önəmli olsa da, onların real işlərə transformasiya edilməsi daha önəmli məqamdır".
Nazir bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb:
"Bir ay ərzində tərəfimizdən işlənmiş təkliflər paketi Ermənistana təqdim olunub. Proses davam edir. Düşünürəm ki, 2024-cü ildə görüşlər keçiriləcək. Biz bu məsələyə real və nikbin baxırıq. Eyni zamanda biz sülh müqaviləsi barədə danışarkən başa düşməliyik ki, bu, hər şeyin 100 faiz həlli demək deyil. Bu, ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinin əsasını qoya bilər. Bir günün içərisində Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycan-Gürcüstan münasibətləri səviyyəsinə qədər yüksələ bilməz. Ancaq ən azından normal qonşuluq münasibətlərinin əsasının qoyulması və iki ölkə arasında açıq münasibətlərin həllinin prinsiplərini müəyyənləşdirən bir saziş ola bilər və olmalıdır".
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan TASS-a çaıqlamasında bildirib ki, Ermənistan Azərbaycandan sülh sazişi ilə bağlı təkliflərin yeni variantını alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.