DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin XİN Yaponiyanı keçmişini unutmamağa çağırıb

© AP Photo / Andy WongÇin bayraqları, arxiv şəkli
Çin bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Abunə olmaq
Kyodo agentliyi dekabrın 22-də bildirib ki, Yaponiya hökuməti lisenziya əsasında hazırlanmış müdafiə vasitəsinin ixracı qaydalarının yumşaldılmasını təsdiqləyib.
BAKI, 25 dekabr — Sputnik. Çin Yaponiyanı qonşu ölkələrin təhlükəsizlik qayğılarına hörmətlə yanaşmağa və təcavüzkarlıq keçmişini dərindən təhlil etməyə çağırır. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Yaponiyanın müdafiə vasitələrinin ixracı ilə bağlı qaydaların yumşaldılmasını şərh edərkən bildirib.

"Biz Yaponiyanı qonşu ölkələrin təhlükəsizlik qayğılarına həqiqətən hörmətlə yanaşmağa, təcavüz tarixini dərindən təhlil etməyə, sülhsevər inkişaf yoluna sadiq qalmağa və əməli fəaliyyətlə Asiya qonşularının və beynəlxalq ictimaiyyətin etimadını qazanmağa çağırırıq", - Mao Nin bildirib.

© AP Photo / Liu ZhengMao Nin
Mao Nin - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Mao Nin
Kyodo agentliyi dekabrın 22-də bildirib ki, Yaponiya hökuməti lisenziya əsasında hazırlanmış müdafiə vasitəsinin ixracı qaydalarının yumşaldılmasını təsdiqləyib, həmçinin bunu nəzərə alaraq Patriot raketdən müdafiə sistemləri və Yaponiya istehsalı olan raketlərin göndərilməsinin mümkünlüyü barədə qərar qəbul edib.
Daha sonra Ağ Ev Yaponiya hakimiyyətinin Patriot hava hücumundan müdafiə sistemi üçün ABŞ-a raket ötürmək qərarını təsdiqləyib.
Bundan əvvəl Yaponiya yalnız ABŞ-a və yalnız ABŞ lisenziyası ilə hazırlanmış hissələri ixrac edə bilərdi. İndi hazır hərbi texnikanı başqa ölkələrə ixrac etmək mümkün olacaq.
Xüsusilə, bu ölkələrin lisenziyası ilə Yaponiya istehsalı olan hazır avadanlıqlar ABŞ, İtaliya, Belçika, İsveç, Norveç, Böyük Britaniya, Fransa və Almaniyaya ixrac edilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0