https://sputnik.az/20231225/agzindan-pis-qoxu-gelen-adamlara-bundan-xilas-olmaq-ucun-sade-tovsiyeler-461542104.html
Ağzından pis qoxu gələn adamlara bundan xilas olmaq üçün sadə tövsiyələr
Ağzından pis qoxu gələn adamlara bundan xilas olmaq üçün sadə tövsiyələr
Sputnik Azərbaycan
Ağız qoxusu olan xəstə müalicə olunduqdan sonra da ağzında qoxu olduğunu hiss edər, ancaq bu, psixoloji vəziyyətdir. 25.12.2023, Sputnik Azərbaycan
2023-12-25T08:27+0400
2023-12-25T08:27+0400
2023-12-25T10:04+0400
səhiyyə
qoxu
kəskin qoxu
ağız
diş
diş həkimi
diş məcunu
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426584947_0:0:2593:1460_1920x0_80_0_0_e8585de0045fbd91c7a7a5cf4d4a1e4f.jpg
BAKI, 25 dekabr - Sputnik. Bir çox insanda ağız qoxusu ciddi problemə çevrilir. Bu onlarda cəmiyyət arasında diskamfort hissi yaşamağa səbəb olur.Problemin isə ortaya çıxma səbəbləri müxtəlifdir. Bəzən bu, sadəcə ağız gigiyenasına düzgün qulluq etməməkdən, bəzən isə hansısa xəstəliklərin göstəricisi kimi ortaya çıxır. Ailem.az ağız qoxusunun yaranma səbəblərini sadalayır.Kifayət qədər ağıza qulluq edilmədikdə, ağız içində yaranan infeksiyalar, siqaret və alkoqol istifadəsi başlıca səbəblərdəndir. Həmçinin ağız quruluğu, diş və diş əti problemləri, nəfəs yolu infeksiyaları, diabet, böyrək, qaraciyər və ağciyər xəstəlikləri kimi sistemik xəstəliklər və reflüks kimi həzm sistemi xəstəlikləri də buna səbəb ola bilər.Neçə cür ağız qoxusu var?Fizioloji ağız qoxusuFizioloji ağız qoxusuna səhər qoxusu da deyilir. Yeyilən və içilən qidaların səbəb olduğu qoxu çox zaman yemək qalıqlarının dilin üzərinə yapışmasından qaynaqlanır və qalıcı deyil.Patoloji qoxuAğız içi qaynaqlı olan qoxuların səbəbi diş və diş əti xəstəlikləridir. Ancaq ağızdan əlavə, burun, boğaz, ya da yuxarı tənəffüs yollarında yaşanan problemlər də ağız qoxusu yarada bilir.HalitofobiyaAğız qoxusu olan xəstə müalicə olunduqdan sonra da ağzında qoxu olduğunu hiss edər. Ancaq bu, psixoloji bir vəziyyətdir, çünki şəxsin ağız qoxusu olduğunu göstərən heç bir səbəb yoxdur. Psixoloji dəstəklə problem həll oluna bilər.Qaraciyər çatışmazlığı və bənzəri qaraciyər xəstəlikləri də ağız qoxusuna yol açır.Təmizlənməyən diş protezləri də ağız qoxusuna səbəb olur.Tüpürcək vəziləri ilə əlaqədar xəstəliklər və ya mütəmadi ağızdan nəfəs alan şəxslərdə tüpürcək azlığı səbəbi ilə ağız qoxusu yarana bilər.Sinus və ağciyər infeksiyaları, böyrək çatışmazlığı da ağız qoxusuna səbəb olur.Ağız qoxusu necə keçir?- Gün ərzində iki dəfə dişlərinizi fırçalayın- Diş aralarında yığılan yemək qalıqlarından azad olmaq üçün diş ipi istifadə edin- 3 aydan bir diş fırçanızı dəyişdirin- Dişlərinizi fırçalayarkən dilinizi də fırçalamağı unutmayın- Ağıza qulluq suları ilə qarqara edin- Şəkərsiz və nanəli saqqız çeynəyin- 6 aydan bir dişinizi yoxlatdırın- Bol-bol su için
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426584947_197:0:2408:1658_1920x0_80_0_0_bdce479d6d3796698a372b3aa970fb56.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qoxu, kəskin qoxu, ağız, diş, diş həkimi, diş məcunu
qoxu, kəskin qoxu, ağız, diş, diş həkimi, diş məcunu
Ağzından pis qoxu gələn adamlara bundan xilas olmaq üçün sadə tövsiyələr
08:27 25.12.2023 (Yenilənib: 10:04 25.12.2023) Ağız qoxusu olan xəstə müalicə olunduqdan sonra da ağzında qoxu olduğunu hiss edər, ancaq bu, psixoloji vəziyyətdir.
BAKI, 25 dekabr - Sputnik. Bir çox insanda ağız qoxusu ciddi problemə çevrilir. Bu onlarda cəmiyyət arasında diskamfort hissi yaşamağa səbəb olur.
Problemin isə ortaya çıxma səbəbləri müxtəlifdir. Bəzən bu, sadəcə ağız gigiyenasına düzgün qulluq etməməkdən, bəzən isə hansısa xəstəliklərin göstəricisi kimi ortaya çıxır. Ailem.az ağız qoxusunun yaranma səbəblərini sadalayır.
Kifayət qədər ağıza qulluq edilmədikdə, ağız içində yaranan infeksiyalar, siqaret və alkoqol istifadəsi başlıca səbəblərdəndir. Həmçinin ağız quruluğu, diş və diş əti problemləri, nəfəs yolu infeksiyaları, diabet, böyrək, qaraciyər və ağciyər xəstəlikləri kimi sistemik xəstəliklər və reflüks kimi həzm sistemi xəstəlikləri də buna səbəb ola bilər.
Neçə cür ağız qoxusu var?
Fizioloji ağız qoxusuna səhər qoxusu da deyilir. Yeyilən və içilən qidaların səbəb olduğu qoxu çox zaman yemək qalıqlarının dilin üzərinə yapışmasından qaynaqlanır və qalıcı deyil.
Ağız içi qaynaqlı olan qoxuların səbəbi diş və diş əti xəstəlikləridir. Ancaq ağızdan əlavə, burun, boğaz, ya da yuxarı tənəffüs yollarında yaşanan problemlər də ağız qoxusu yarada bilir.
Ağız qoxusu olan xəstə müalicə olunduqdan sonra da ağzında qoxu olduğunu hiss edər. Ancaq bu, psixoloji bir vəziyyətdir, çünki şəxsin ağız qoxusu olduğunu göstərən heç bir səbəb yoxdur. Psixoloji dəstəklə problem həll oluna bilər.
Qaraciyər çatışmazlığı və bənzəri qaraciyər xəstəlikləri də ağız qoxusuna yol açır.
Təmizlənməyən diş protezləri də ağız qoxusuna səbəb olur.
Tüpürcək vəziləri ilə əlaqədar xəstəliklər və ya mütəmadi ağızdan nəfəs alan şəxslərdə tüpürcək azlığı səbəbi ilə ağız qoxusu yarana bilər.
Sinus və ağciyər infeksiyaları, böyrək çatışmazlığı da ağız qoxusuna səbəb olur.
- Gün ərzində iki dəfə dişlərinizi fırçalayın
- Diş aralarında yığılan yemək qalıqlarından azad olmaq üçün diş ipi istifadə edin
- 3 aydan bir diş fırçanızı dəyişdirin
- Dişlərinizi fırçalayarkən dilinizi də fırçalamağı unutmayın
- Ağıza qulluq suları ilə qarqara edin
- Şəkərsiz və nanəli saqqız çeynəyin
- 6 aydan bir dişinizi yoxlatdırın