https://sputnik.az/20231225/a-liderleri-ittifaqin-2045-ci-ile-qeder-inkisafi-haqqinda-beyannameni-tesdiqleyibler-461573771.html
Aİİ liderləri ittifaqın 2045-ci ilə qədər inkişafı haqqında bəyannaməni təsdiqləyiblər
Aİİ liderləri ittifaqın 2045-ci ilə qədər inkişafı haqqında bəyannaməni təsdiqləyiblər
Sputnik Azərbaycan
Aİİ-nin yubiley sammitinin 2024-cü ilin mayında Moskvada keçirilməsi nəzərdə tutulur. 25.12.2023, Sputnik Azərbaycan
2023-12-25T21:48+0400
2023-12-25T21:48+0400
2023-12-25T23:39+0400
aii
iqtisadiyyat
bəyannamə
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/19/461568697_0:149:3112:1900_1920x0_80_0_0_956dca5126e0b062a85388efaed424d2.jpg
BAKI, 25 dekabr - Sputnik. Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin liderləri bugünkü sammitin yekunlarına əsasən, ittifaqın 2030-cu ilə qədər və 2045-ci ilədək olan dövr üçün gələcək inkişafı haqqında Bəyannaməni təsdiqləyiblər.Rusiya prezidenti Vladimir Putinin qeyd etdiyi kimi, bu, “əsas sektorlarda birgə səylərin intensivləşdirilməsi üçün konkret tədbirləri nəzərdə tutan, həmçinin iqlim gündəmi, tibb, turizm və digərləri kimi əlavə qarşılıqlı fəaliyyət sahələrini müəyyən edən yeni proqram xarakterli sənəddir”.Bazar ertəsi keçirilən görüşdə Avrasiya İqtisadi İttifaqının ötən illər ərzində gördüyü işlərin yekunları və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının (Aİİ) yubiley sammitinin 2024-cü ilin mayında Moskvada keçirilməsini təklif edib.Görüşün əsas nəticələri arasında sammit çərçivəsində imzalanan Aİİ və İran arasında azad ticarət sazişi də olub. Rusiya tərəfdən bunu baş nazirin müavini Aleksey Overçuk təsdiq edib.Aİİ-yə beş dövlət daxildir: Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20231225/putin-a-nin-ranla-ticaret-sazisinin-tezlikle-ratifikasiya-olunacagina-umid-edir-461573352.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/19/461568697_191:0:2922:2048_1920x0_80_0_0_aa5e2eccd75eb16bd83c60f0029d6939.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aii, bəyannamə
Aİİ liderləri ittifaqın 2045-ci ilə qədər inkişafı haqqında bəyannaməni təsdiqləyiblər
21:48 25.12.2023 (Yenilənib: 23:39 25.12.2023) Aİİ-nin yubiley sammitinin 2024-cü ilin mayında Moskvada keçirilməsi nəzərdə tutulur.
BAKI, 25 dekabr - Sputnik. Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin liderləri bugünkü sammitin yekunlarına əsasən, ittifaqın 2030-cu ilə qədər və 2045-ci ilədək olan dövr üçün gələcək inkişafı haqqında Bəyannaməni təsdiqləyiblər.
Rusiya prezidenti Vladimir Putinin qeyd etdiyi kimi, bu, “əsas sektorlarda birgə səylərin intensivləşdirilməsi üçün konkret tədbirləri nəzərdə tutan, həmçinin iqlim gündəmi, tibb, turizm və digərləri kimi əlavə qarşılıqlı fəaliyyət sahələrini müəyyən edən yeni proqram xarakterli sənəddir”.
“Dəfələrlə qeyd etdiyimiz kimi, gələn il Aİİ-nin təsis müqaviləsinin bağlanmasının 10 illiyi tamam olur. Biz indi dar çərçivədə razılığa gəldik ki, bu, yubiley tədbiri olduğunu nəzərə alaraq, 2024-cü ilin mayında Moskvada bu yubileyə həsr olunmuş sammitin keçirilməsi təklifimlə hamı razılaşdı”, - deyə Putin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.
Bazar ertəsi keçirilən görüşdə Avrasiya İqtisadi İttifaqının ötən illər ərzində gördüyü işlərin yekunları və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının (Aİİ) yubiley sammitinin 2024-cü ilin mayında Moskvada keçirilməsini təklif edib.
Görüşün əsas nəticələri arasında sammit çərçivəsində imzalanan Aİİ və İran arasında azad ticarət sazişi də olub. Rusiya tərəfdən bunu baş nazirin müavini Aleksey Overçuk təsdiq edib.
Aİİ-yə beş dövlət daxildir: Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.