Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Müdafiə naziri türk həmkarına zəng edib

© AR Ministry of DefenceНаходящийся с официальным визитом в Турции министр обороны Азербайджанской Республики генерал-полковник Закир Гасанов встретился с министром национальной обороны Турецкой Республики господином Хулуси Акаром
Находящийся с официальным визитом в Турции министр обороны Азербайджанской Республики генерал-полковник Закир Гасанов встретился с министром национальной обороны Турецкой Республики господином Хулуси Акаром - Sputnik Azərbaycan, 1920, 24.12.2023
Abunə olmaq
Zakir Həsənov, Yaşar Gülerə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanında olduğunu xatırladıb.
BAKI, 24 dekabr - Sputnik. Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.
Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov 2023-cü ilin 22-23 dekabr tarixlərində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbərdən kədərləndiyini bildirib.
Bir daha terrorun bütün növ təzahürlərini qətiyyətlə qınadığını, aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanında olduğunu və dəstəklədiyini vurğulayıb.
Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adından həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Telefon danışığı zamanı tərəflər arasında, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
***
Azərbaycan Xarici İşlər Nazirliyi də Türkiyəyə başsağlığı verib.
Bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirib.
"Pençe-Kilit” əməliyyatında terrorçuların zərərsizləşdirilməsi zamanı qardaş Türkiyənin çox sayda şəhid verməsi xəbəri bizi dərindən sarsıtdı. Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Hər zaman olduğu kimi, terrorla mübarizədə də Türkiyənin yanındayıq" - paylaşımda qeyd olunub.
Xəbər lenti
0