https://sputnik.az/20231224/kulek-ve-yagis-azerbaycanin-bir-sira-bolgelerinde-fesadlar-toredib---vdeo-461531348.html
Külək və yağış Azərbaycanın bir sıra bölgələrində fəsadlar törədib - VİDEO
Külək və yağış Azərbaycanın bir sıra bölgələrində fəsadlar törədib - VİDEO
Sputnik Azərbaycan
Güclü külək Qubada "Yaşıl Teatr"ın, Siyəzəndə çoxmənzilli binanın dam örtüyünü uçurub. 24.12.2023, Sputnik Azərbaycan
2023-12-24T13:28+0400
2023-12-24T13:28+0400
2023-12-24T13:28+0400
hadisə
fəsad
bakıda qarlı hava və onun fəsadları
şiddətli küləyin bölgələrdə törətdiyi fəsadlar
azərbaycanda qeyri-sabit hava şəraiti
gəncə şəhəri
gəncə
quba
https://cdnn1.img.sputnik.az/img/42335/74/423357406_0:97:1024:673_1920x0_80_0_0_8e367aa8d3aaac2264fddb8b5cb6dd43.jpg
BAKI, 24 dekabr - Sputnik. Gecə saatlarında güclü külək Quba, Qusar, Siyəzən və Xaçmaz rayonlarında fəsadlar törədib.Külək Qubada "Yaşıl Teatr"ın dam örtüyünü uçurub, rayonun Kelektrik təsərrüfatına ciddi ziyan dəyib.Hazırda Quba şəhəri də daxil olmaqla, rayonun əksər kəndlərində elektrik enerjisi yoxdur.Qusar və Xaçmaz rayonlarında isə külək iri gövdəli ağacları elektrik xətlərinin üzərində aşırıb, əksər yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.Siyəzəndə külək iki çoxmənzilli binanın dam örtüyünü uçurub. Bu rayonunun da elektrik təsərrüfatına ciddi ziyan dəyib.Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.***Külək və yağış Gəncədə infrastruktura ziyan vurub.Bu barədə APA-ya Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini İlqar Əsədov deyib.İlqar Əsədov bildirib ki, dünən qərb bölgəsində baş verən güclü külək və yağış Gəncə şəhərinin infrastrukturuna ciddi ziyan vurub: “Səhər saat 8-ə olan məlumata görə 12 yaşayış binasının dam örtüyünü tam və ya qismən dağılıb. Bundan başqa şəhərin yaşıllıq təsərrüfatına da ciddi zərər dəyib. Belə ki, 39 ədəd iri və xırda gövdəli ağaclar küləyin nəticəsində aşıb. Bu zaman səkilərə və bardürlərə, yol təsərrüfatı da ziyan çəkib. Küçə və prospektlərdə məhəccər və hasarlar aşıb, bunun nəticəsində də vətəndaşların 5 avtomobili zədələnib".Onun sözlərinə görə, küçə işıqlandırılması sahəsinə də ciddi ziyan dəyib: “Dünən güclü küləkdə 8 işıq dirəyi sıradan çıxıb, kərpicdən hörülmüş bir neçə barı uçub. Gecə təcili olaraq Gəncə icra hakimiyyəti yanında fövqəladə hallar komissiyasında qərargah yaradılıb və gecə ərzində küləyin fəsadları aradan qaldırılıb”.Gəncənin mərkəzində olan süni küknar ağacının aşmasına münasibət bildirən MKTİB rəsmisi qeyd edib ki, küknar ağacı bərkidilsə də, küləyin güclü olması dəmir konstruksiyanı yıxıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42335/74/423357406_0:0:1024:768_1920x0_80_0_0_2b91028e70d1554a19f67370bd9333f8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fəsad, bakıda qarlı hava və onun fəsadları, şiddətli küləyin bölgələrdə törətdiyi fəsadlar, azərbaycanda qeyri-sabit hava şəraiti, gəncə şəhəri, gəncə, quba
fəsad, bakıda qarlı hava və onun fəsadları, şiddətli küləyin bölgələrdə törətdiyi fəsadlar, azərbaycanda qeyri-sabit hava şəraiti, gəncə şəhəri, gəncə, quba
Külək və yağış Azərbaycanın bir sıra bölgələrində fəsadlar törədib - VİDEO
Güclü külək Qubada "Yaşıl Teatr"ın, Siyəzəndə çoxmənzilli binanın dam örtüyünü uçurub.
BAKI, 24 dekabr - Sputnik. Gecə saatlarında güclü külək Quba, Qusar, Siyəzən və Xaçmaz rayonlarında fəsadlar törədib.
Külək Qubada "Yaşıl Teatr"ın dam örtüyünü uçurub, rayonun Kelektrik təsərrüfatına ciddi ziyan dəyib.
Hazırda Quba şəhəri də daxil olmaqla, rayonun əksər kəndlərində elektrik enerjisi yoxdur.
Qusar və Xaçmaz rayonlarında isə külək iri gövdəli ağacları elektrik xətlərinin üzərində aşırıb, əksər yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.
Siyəzəndə külək iki çoxmənzilli binanın dam örtüyünü uçurub. Bu rayonunun da elektrik təsərrüfatına ciddi ziyan dəyib.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Külək və yağış Gəncədə infrastruktura ziyan vurub.
Bu barədə APA-ya Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini İlqar Əsədov deyib.
İlqar Əsədov bildirib ki, dünən qərb bölgəsində baş verən güclü külək və yağış Gəncə şəhərinin infrastrukturuna ciddi ziyan vurub: “Səhər saat 8-ə olan məlumata görə 12 yaşayış binasının dam örtüyünü tam və ya qismən dağılıb. Bundan başqa şəhərin yaşıllıq təsərrüfatına da ciddi zərər dəyib. Belə ki, 39 ədəd iri və xırda gövdəli ağaclar küləyin nəticəsində aşıb. Bu zaman səkilərə və bardürlərə, yol təsərrüfatı da ziyan çəkib. Küçə və prospektlərdə məhəccər və hasarlar aşıb, bunun nəticəsində də vətəndaşların 5 avtomobili zədələnib".
Onun sözlərinə görə, küçə işıqlandırılması sahəsinə də ciddi ziyan dəyib: “Dünən güclü küləkdə 8 işıq dirəyi sıradan çıxıb, kərpicdən hörülmüş bir neçə barı uçub. Gecə təcili olaraq Gəncə icra hakimiyyəti yanında fövqəladə hallar komissiyasında qərargah yaradılıb və gecə ərzində küləyin fəsadları aradan qaldırılıb”.
Gəncənin mərkəzində olan süni küknar ağacının aşmasına münasibət bildirən MKTİB rəsmisi qeyd edib ki, küknar ağacı bərkidilsə də, küləyin güclü olması dəmir konstruksiyanı yıxıb.