SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ailə üzvləri prezidenti belə təbrik etdi

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə  - Sputnik Azərbaycan, 1920, 24.12.2023
Abunə olmaq
Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.
BAKI, 24 dekabr - Sputnik. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü münasibətilə instaqram hesabında paylaşım edib.
Paylaşımda Leyla Əliyevanın Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə Şuşada çəkilmiş şəkli əksini tapıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da rəsmi sosial şəbəkə səhifələrində Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:

"24.12.2023. Doğum gününüz mübarək, cənab Prezident! Sizə möhkəm cansağlığı, sevinc və nur, uğur və qələbələrlə dolu uzun ömür arzulayıram! Tanrı Sizə güc və səbir versin! Biz Sizinlə fəxr edir və Sizi çox sevirik! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!"

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 62 yaşı tamam olur.
Xəbər lenti
0