Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qərb bölgəsində güclü külək əsir, bəzi fəsadlar yaranıb

© Sputnik / Rahim MammadovGüclü külək fəsadlar törədib
Güclü külək fəsadlar törədib - Sputnik Azərbaycan, 1920, 23.12.2023
Abunə olmaq
Hazırda küləkli hava şəraiti davam edir.
BAKI, 23 dekabr - Sputnik. Qərb bölgəsində güclü külək əsir, bəzi fəsadlar yaranıb.
"Report"un məlumatına görə, axşam saatlarından başlayaraq Qərb bölgəsində güclü külək əsməyə başlayıb.
Bölgədə güclü külək səbəbindən ağaclar sınıb, təsərrüfata zərər dəyib.
Gəncə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb. Yaxın rayonlarda da bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Həmçinin mərkəzi meydanda quraşdırılan yolka aşıb. Qısapanma səbəbindən transformatorlardan birində yanğın da olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub
Hazırda küləkli hava şəraiti davam edir.
Xəbər lenti
0