https://sputnik.az/20231223/mudafie-nazirliyinin-numayendeleri-azad-edilmis-erazilerdeki-herbi-bolmelerde-olublar-461516956.html
Müdafiə Nazirliyinin nümayəndələri azad edilmiş ərazilərdəki hərbi bölmələrdə olublar
Müdafiə Nazirliyinin nümayəndələri azad edilmiş ərazilərdəki hərbi bölmələrdə olublar
Sputnik Azərbaycan
Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib. 23.12.2023, Sputnik Azərbaycan
2023-12-23T12:04+0400
2023-12-23T12:04+0400
2023-12-23T14:21+0400
hərbi
işğaldan azad edilmiş ərazilər
hərbi
hərbi hissə
n saylı hərbi hissə
müdafiə nazirliyi
hərbi qulluqçular
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/17/461522019_0:52:1000:615_1920x0_80_0_0_b5e1e9b0df8f1bda51025535266e5c2b.jpg
BAKI, 23 dekabr - Sputnik. Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup zabit heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrdə olub.Çətin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.Həmçinin hərbi qulluqçularla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb, onlara hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq qərar və əmrlərinin tələbləri, o cümlədən sayıqlığın artırılmasına dair təlimatları və təhlükəsizlik qaydaları şəxsi heyətə çatdırılıb.Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib.Hərbi qulluqçular isə öz növbələrində göstərilən etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/17/461522019_56:0:945:667_1920x0_80_0_0_4eef73f8557d026f85caf989c314866e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
işğaldan azad edilmiş ərazilər, hərbi, hərbi hissə, n saylı hərbi hissə, müdafiə nazirliyi, hərbi qulluqçular
işğaldan azad edilmiş ərazilər, hərbi, hərbi hissə, n saylı hərbi hissə, müdafiə nazirliyi, hərbi qulluqçular
Müdafiə Nazirliyinin nümayəndələri azad edilmiş ərazilərdəki hərbi bölmələrdə olublar
12:04 23.12.2023 (Yenilənib: 14:21 23.12.2023) Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib.
BAKI, 23 dekabr - Sputnik. Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup zabit heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrdə olub.
Çətin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Həmçinin hərbi qulluqçularla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb, onlara hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.
Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq qərar və əmrlərinin tələbləri, o cümlədən sayıqlığın artırılmasına dair təlimatları və təhlükəsizlik qaydaları şəxsi heyətə çatdırılıb.
Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib.
Hərbi qulluqçular isə öz növbələrində göstərilən etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər.